Kürd validən həyasız çıxış: Azərbaycanlılar səhv edir

Baxış sayı: 
39
1  
0  

Bəziləri hadisədən 100-150 il keçdikdən sonra Cilovluqda qırğın olduğunu və 100 min nəfərin öldüyünü iddia edir.

Turaninfo.org axar.az-a istinadən xəbər verir ki, bu sözləri İranın Qərbi Azərbaycan əyalətinin kürd əsilli valisi Məhəmməd Mehdi Şəhriyari deyib. O, ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən Cilovluq qətliamını inkar edərək, onu “dəyərsiz hadisə” adlandırıb:

“Tutaq ki, bu rəqəmlər doğrudur. Siz İkinci Dünya müharibəsindən sonrakı Almaniyanı düşünün. Almaniya dünyanın ən faşist və irqçi ölkəsi idi. Bu ölkə dünyanı böyük müharibəyə sürüklədi. Həmin müharibədə 40 milyondan çox insan həlak oldu, Almaniya isə yerlə yeksan edildi. Lakin müharibədən 20 il sonra Almaniya iqtisadi baxımdan dünyanın üçüncü ölkəsinə çevrildi. Sizcə, indi Almaniyada kimsə o müharibəyə işarə edir? Həqiqət odur ki, onlar belə şeyləri unudub, ona görə də bugünkü vəziyyətə gəlib çatdılar. Bəziləri isə keçmiş məsələləri yada salıb, gələcək nəsillərə təhlükə kimi təqdim edir. Deyirlər ki, bu qövm belə, o biri elə etdi, ermənilər filan işi gördü. Bunlar inkişafın qarşısını alır”.

Qeyd edək ki, XX əsrin əvvəllərində erməni, asuri və kürd dəstələri bir sıra xarici ölkələrin dəstəyi ilə Güney Azərbaycanın Urmiyə, Salmas və Xoy şəhərlərində kütləvi qətliam törədiblər. Kütləvi qırğın zamanı onminlərlə günahsız azərbaycanlı qətlə yetirilib. Bu hadisə tarixə “Cilovluq faciəsi” kimi düşüb.

 
Загрузка...
Загрузка...