"Kupça" ilə bağlı 5 vacib suala - Cavab

Baxış sayı: 
84
0  
0  

"Kupça" ilə bağlı vətəndaşların verdiyi bir neçə sual var.
 
Teleqraf.com Metbuat.az-a istinadən 5 vacib sualın cavabını təqdim edir.
 
1) Bina evində mövcud olan mənzilin dövlət reyestrindən çıxarışı var, lakin texniki pasportu itib. Texniki pasportu yenidən çıxarmaq uçun nə edilməlidir və bunla bağlı dövlət rüsumu nə qədərdir?
 
Cavab: Texniki pasportun dublikatını almaq üçün ərizə və dövlət rüsumunun ödənilməsi barədə sənəd Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim olunmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 26.4-cü maddəsinə əsasən, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 10 manat dövlət rüsumu nəzərdə tutulub.
 
2) Həyət evini daşınmaz əmlakın dövlət reystrində qeydiyyata aldırmaq üçün tələb edilən prosedurlar nələrdir?
 
Cavab: yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün aşağıdakı sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə təqdim edilməlidir:
 
- ərizə
 
- əgər ev tərəfinizdən inşa olunubsa, tikinti işlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada aparılaraq başa çatdırılmasını təsdiq edən sənədlər
 
- əgər ev alqı-satqı qaydasında əldə edilibsə, notariat qaydasında təsdiq edilmiş əqd (məsələn, alqı-satqı müqaviləsi)
 
- evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətdə və ya qanuni istifadədə olduğunu təsdiq edən sənədlər
 
- dövlət rüsumunun ödənilməsi barədə sənəd
 
- şəxsiyyəti təsdiq edən sənəd.
 
3) Mənzilin özəlləşdirilməsi üçün hara və hansı sənədlərlə müraciət etdilməlidir?
 
Cavab: mənzilin özəlləşdirilməsi üçün "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş aşağıdakı sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim edilməlidir:
 
- mənzil sahəsinin orderi;
 
- mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan, həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxslərin ərizəsi (notariat qaydasında təsdiq olunur);
 
- mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma).
 
Qeyd olunan sənədlər ərizə, şəxsiyyəti təsdiq edən sənəd və dövlət rüsumunun ödənilməsi barədə sənədlə birlikdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim olunmalıdır.
 
4) Mənzilin özəlləşdirilməsi üçün hara və hansı sənədlərlə müraciət etməliyəm?
 
5) Yaşadığım ev üçün "kupça" sənədini (əmlak üzərində mülkiyyətin qeydiyatına dair çıxarışı) necə ala bilərəm?
 
Cavab: yaşayış evi üzərində mülkiyyət hüququnuzun qeydiyyata alınması üçün aşağıdakı sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim olunmalıdır:
 
ərizə
 
evin qanuni əsaslarla Sizin tərəfinizdən əldə olunmasını təsdiq edən sənədlər
 
əgər ev tərəfinizdən inşa olunubsa, tikinti işlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada aparılaraq başa çatdırılmasını təsdiq edən sənədlər
 
evin yerləşdiyi torpaq sahəsinin qanuni istifadədə və ya mülkiyyətdə olmasını təsdiq edən sənədlər
 
dövlət rüsumunun ödənilməsi barədə sənəd (dövlət rüsumu ilə yanaşı, "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə" Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 4 nömrəli qərarı ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərə görə xidmət haqlarının da ödənilməsi nəzərdə tutulmuşdur)
 
şəxsiyyətinizi təsdiq edən sənəd (Sizin adınızdan başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir).
 
Müəllif: Teleqraf.com

Загрузка...
Загрузка...