Kreml Kareliyanı 15 milyarda satacaqdı – Şok

Baxış sayı: 
43
1  
0  

Rusiya Kareliyanı Finlandiyaya satmaq istəyib.
 
Axar.az xəbər verir ki, bu iddia ilə Rusiya xarici işlər nazirinin keçmiş müavini Andrey Fyodorov çıxış edib.
 
Onun sözlərinə görə, ilk dəfə bu məsələ 1991-ci ilin iyulunda qaldırılıb. O, bu istiqamətdə müzakirələrin gizli aparıldığını, amma fin tərəfinin müzakirələrdə iştirak etmədiyini bildirib.
 
“Rusiya hökuməti burada muxtariyyət istəkləri ilə bağlı güclü hərəkatın başlayacağından və onun ekstremist formaya çevriləcəyindən ehtiyat edirdi. Regionun Helsinkinin tabeliyinə verilməsi fikrinə Moskvanı “boş sovet büdcəsi” də məcbur edib. Rusiya hökuməti Kareliyanın 15 milyard dollara Finlandiyaya verilməsini nəzərdən keçirirdi. Son olaraq bu ideya 1994-cü ildə tam yox oldu”, - Fyodorov bildirib.

Загрузка...
Загрузка...