“Kərbəla ziyarəti ilə oğlumun arzusunu yerinə yetirmiş oldum...” - Aprel şəhidimizin anası...

Baxış sayı: 
50
1  
0  

Aprel döyüşlərimizdə şəhid olan evin tək övladı əsgər Əlizaman İslamovun anası Hürnisə xanım bu yaxında Kərbəla ziyarətindən qayıdıb. 

Bu haqda Moderator.az-a danışan şəhid anası bildirib ki, bu ziyarətə oğlu Əlizamanla gedəcəyini niyyət etsə də, qismət olmayıb:

“Bu ziyarəti oğlum Əlizamanla gedəcəkdim. Əlizaman hərbi xidmətə getmədən öncə dedi ki, “Ana, hərbi xidmətimi başa vurduqdan sonra birlikdə Kərbəla ziyarətinə gedərik”. Amma təəssüf ki, qismət olmadı. Gözümün ağı-qarası tək övladım şəhid olmaqla məni bu həyatda tək qoydu. Bu ziyarətlə Əlizamanın da arzusunu yerinə yetirmiş oldum”. 

Şəhid anası ziyarətlərini iyirmi gün müddətinə başa vurduqlarını deyib:

“Gedib-gəlməyimiz iyirmi gün çəkdi. Şəhid analarından tək mən idim. Sağ olsunlar, yaxşı adamların sayəsində Kərbəla və Məşhəd ziyarətimizi başa vurduq. Allah hamıya bu ziyarəti qismət eləsin!”.

Qeyd edək ki, Əlizaman İslamoov 1997-ci il iyunun 12-də Lənkəran rayon Cil kəndində anadan olub. Evin tək övladı olan Əlizaman anasının himayəsində böyüyüb. Aprel döyüşləri zamanı Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid əsgərimiz aprelin 6-da doğulduğu kənddə böyük izdihamla dəfn edilib. Şəhid Əlizaman İslamov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib. 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!


Загрузка...
Загрузка...