Koronavirusun müxtəlif səthlərdə yaşama müddəti tapıldı - 3 saatdan 3 günə qədər...

Baxış sayı: 
221
1  
0  

 ABŞ alimlərinin apardığı araşdırmalar nəticəsində koronavirus haqqında qəribə məlumatlar ortaya çıxıb.
publika.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər koronavirusun hansı səthlərdə nə qədər yaşadığını araşdırıb.
Ömrü 3 saat və 3 gün arasında dəyişir!
Tədqiqatda koronavirusun səthlərdə yaşama müddətinin 3 saatla 3 gün arasında dəyişdiyi məlum olub. Virusun nə qədər yaşaması səth xüsusiyyətləri ilə yanaşı, temperatur və rütubət kimi amillərdən asılıdır.
Koronavirus yük qutuları kimi karton səthlərdə 1 günə qədər, paslanmayan polad səthlərdə 3 günə qədər, mis səthlərdə 4 saata qədər yaşaya bilər.
Koronavirus havada 3 saata qədər, həmçinin masa və qapı qulpları kimi hamar səhtlərdə uzun müddət yaşaya bilər.
Pul, saç, parça kimi məsaməli səthlərdə isə daha az qalır.
Milli Səhiyyə İnstitutlarının məlumatlarına görə, koronavirus yüksək rütubətli, orta temperatur, aşağı külək və sərt mühitləri sevir. Lakin istiliyinin artması virusun ömrünü də qısaldır. Koronavirusla bağlı elmi araşdırmalar yeni olsa da, dəqiq müddətlərini bilmək üçün araşdırmaların davam etdirəcəyi gözlənilir.
Mövzu ilə bağlı İzmirin qida mühəndisləri bildirib ki, qida məhsulları ilə koronavirus xəstəliyinə yoluxmaq mümkün deyil, qida istehsal edən müəssisələrdə çalışan işçilərin gigiyena şərtlərinə uyğun olması vacibdir.
Viruslar qidada çoxalmayan və dolayısı ilə məhsulların xarab olmasına səbəb olmayan mikroorqanizmlərdir. Avropa Qida Təhlükəsizliyi Təşkilatı, ABŞ Qida və Dərman Təşkilatı və ABŞ Kənd Təsərrüfatı Departamenti tərəfindən aparılan araşdırmalar virusun qida yolu ilə yoluxmadığını ortaya qoysa da, virusların səthlərdə müəyyən bir müddət ərzində qaldığı bildirilir. Odur ki, qidaların istehsalı, hazırlanması, saxlanması, satışı və istehlakında yaxşı gigiyena qaydalarına riayət etmək vacibdir.
Qida istehsal edən müəssisələr və işçilərin əməl etməli olduğu qaydalar aşağıdakı kimi sıralanıb:
İstehsaldan əvvəl, sonra və istehsal zamanı, çiy bitki və heyvan qidaları ilə təmasdan sonra, yeməkdən əvvəl və sonra, tualetdən sonra, ev və vəhşi heyvanlarla təmasdan sonra, zibilə toxunduqdan sonra, xəstə ziyarətindən əvvəl və sonra, yara müalicəsindən əvvəl və sonra, burun təmizlənməsindən, öskürək və ya asqırdıqdan sonra əllər ən azı 20 saniyə su və sabunla yuyulmalı və birdəfəlik kağız dəsmallarla qurudulmalıdır.
Alış-verişdə çiy və bişmiş qidaları, həmçinin qida olmayan məhsullar eyni çantaya qoyulmamalıdır, çeşidləmə prosesini düzgün yerinə yetirmək lazımdır. Çiy qidalara təmas edən edən bütün məhsullar uyğun yuyucu və isti su ilə yuyulmalıdır.
Milli Sağlamlıq İnstitutu (NIH), Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC), Prinston Universiteti və UCLA-nın tədqiqatçıları tərəfindən aparılmış və “The New England” tibbi jurnalında dərc olunan araşdırmada deyilir ki, yeni növ koronavirus (Covid-19) öskürək və ya asqırma sonrası havada damcılar şəklində 3 saata qədər qala bilər.
Xatırladaq ki, mütəxəssislərin virusun ötürülməsindən qorunmaq üçün əlləri gün ərzində tez-tez 20 saniyə yumağı, eyni zamanda, əllərin üzlə təmasından çəkinməyi tövsiyə edib.
 
 

Загрузка...
Загрузка...