Koronavirusdan qorunmaq istədilər, metil spirtindən kütləvi qırıldılar

Baxış sayı: 
208
1  
0  

Sosial şəbəkələrdə metanolun (metil spirti) koronavirusdan qoruması barədə şayiələrə inananlardan 300 nəfər ölüb, 1000 nəfər isə zəhərlənib. Bu barədə İran mətbuatı məlumat yayıb. İnternetdə yayılan və metanolun koronavirusdan qoruması barədə feyk məlumatlara inananlar həmin kimyəvi maddəni içiblər.

Səhiyyə Nazirliyinə yaxınlığı ilə tanınan iranlı həkim vəziyyətin getdikcə daha da pisləşdiyini – ölənlərin sayının 480, zəhərlənənlərin isə 2,8 min nəfərə çatdığını bildirib. Qurumun sözçüsü həkimlərini artıq iki cəbhəyə bölündüyünü deyib. Onların bir qismi koronavirusla mübarizə aparır, digər qismi isə metanoldan zəhərlənənləri müalicə edir.

İlkin məlumatlara görə, zəhərlənənlər arasında beş yaşlı uşaq da var. Azyaşlının valideynləri sosial şəbəkədə yayılan məlumatlardan sonra uşağa metil spirti içiriblər. Nəticədə körpə kor olub. Hazırda isə süni tənəffüs aparatına qoşulub.

Son iki həftə ərzində metanolun satışına görə İranda bir neçə nəfər həbs olunub. Sosial şəbəkələrdə həmçinin,Britaniya tabloidi ilə bağlı məlumatlar da yayılıb. Guya, bal və viskinin köməyi ilə koronavirusdan sağalmaq mümkündür.

Görünən odur ki, gigiyena qaydalarına uyğun olaraq spirtdən dezinfeksiyaedici vasitə kimi istifadə etmək əvəzinə metanolun virusu öldürəbiləcəyi qənaətinə gəliblər. Nəticədə isə bu, fəlakətə səbəb olub.

İran Səhiyyə Nazirliyinin məlumatına görə, gün ərzində koronavirusa yoluxanların sayı 3076 nəfərə çatıb.  Xəstələnənlərin ümumi sayı 35 mini ötüb.  Koronavirusdan 2517 insan (bir gündə 139 nəfər) ölüb, 11,7 min nəfər isə sağalıb.

Bir müddət əvvəl isə İranda özünü “İslam həkimi” kimi təqdim edən dindar Murtazi Kohansali barəsində həbs qətimkan tədbiri seçilib. O, koronavirusa yoluxan xəstələri möcüzəli üsulla – müqəddəs ətirlə “sağaltmaq” istəyib. Xəstələr möcüzəli ətiri burunlarına sürtüblər. Onlardan biri bir neçə gün sonra ölüb.   

virtualaz.org

Загрузка...
Загрузка...