Koronavirusa yoluxan 16 yaşlı lisey şagirdi öldü

Baxış sayı: 
66
1  
0  

Çinin Uhan şəhərində meydana gələn və sürətlə yayılan yeni növ koronavirus xəstəliyinin yaşlıları və xroniki xəstəlikləri olan insanları öldürdüyü düşünülsə də, artıq gənclərdə də ölüm halları başlayıb.
Publika.az xəbər verir ki, Fransada koronavirusa yoluxan lisey şagirdi olan 16 yaşlı qız ölüb.
Qızın yaxınları onun heç bir xroniki xəstəliyinin olmadığını bildirib.
Qeyd edək ki, son 24 saatda Fransada 32 min 964 yoluxma, 1995 ölüm faktı qeydə alınıb.

 

Загрузка...
Загрузка...