​Koronavirus təkcə ağciyərləri deyil, beyni də sıradan çıxarır - Professor

Baxış sayı: 
101
1  
0  

SARS-CoV-2 sadəcə tənəffüs yollarına deyil, eyni zamanda beyin və mərkəzi sinir sisteminə də zərər verir.
 
Publika.az xəbər verir ki, bunu “Ölkənin sağlamlığı Rusiya rifahının təməlidir” adlı forumdakı çıxışında Rusiya Milli Elmlər Akademiyasının doktoru Leyla Namazova-Baranova deyib.
 
Onun sözlərinə görə, COVID-19 xəstəliyini ayaqüstü keçirənlərin beynində belə dəyişikliklər baş verir.
 
Qoxu və dad qabiliyyətinin itirilməsinin bu durumu təsdiq etdiyinə diqqət çəkən Namazova sözügedən simptomların mərkəzi sinir sisteminin zədə aldığını göstərdiyini vurğulayıb.
 
O, əvvəlki açıqlamalarında səhiyyə mütəxəssislərinin və elm adamlarının koronavirusun yol açdığı bir çox iflic və nevroloji xəstəlikləri müşahidə etdiklərini qeyd etmişdi.
 
Zümrüd

Загрузка...
Загрузка...