Koronavirus peyvəndi ilə bağlı Rusiyadan XOŞ XƏBƏR - Klinik sınaqlar başa çatdı FOTO VİDEO

Baxış sayı: 
83
1  
0  

 
Bütün dünyanı cənginə alan koronavirus epidemiyasına qarşı davam edən mübarizə ilə əlaqədar Rusiyadan xoş xəbər gəlib.
 
Musavat.com-un məlumatına görə, bu haqda Rusiyanın Səhiyyə naziri Mixail Muraşko məlumat verib.
 
O, Qamaleya İnstitutu tərəfindən hazırlanan Covid-19 peyvəndinin klinik sınaqlarının başa çatdığını bildirib. Daha sonra nazir, vaksinin qeydiyyatdan keçirilməsi üçün sənədlərin hazırlandığını qeyd edib.
 
M.Muraşko, Viroloji və Biotexnologiya Dövlət Araşdırma Mərkəzi tərəfindən hazırlanan daha bir peyvənin klinik sınaq mərhələsində olduğunu da vurğulayıb.
 
 
 
Nazir həmçinin Rusiyada kütləvi peyvəndləmənin anonsunu da verib: “Oktyabr ayında ölkədə kütləvi vaksinasiya prosesi başlayacaq”.
 
Səhiyyə naziri Rusiyada koronavirus peyvəndinin pulsuz olacağını da deyib: "Biz planlaşdırırıq ki, koronavirus peyvəndlərinin xərcləri tamamilə büdcədən ödənilsin. Müvafiq olaraq, vaksinləmə sxemi hamıya məlumdur – o, planla da olacaq"
 
 
 
Onun sözlərinə görə, vaksinasiyadan ilk növbədə tibb işçiləri və müəllimlər keçəcək.
 
Qeyd edək ki, koronavirus səbəbindən dünyada 684 mindən çox insan həyatını itirib və təxminən 18 milyon insan bu xəstəliyə yoluxub.
 
Musavat.com

Загрузка...
Загрузка...