​Koronavirus bazarlarımızda qiymətlərə “yoluxmayıb” -reportaj

Baxış sayı: 
82
2  
0  

 
Artıq bir müddətdir ki, dünya Çində sürətlə yayılan koronavirus bəlasının şokundadır. Son məlumatlara görə, 500-dək artıq insan bu xəstəliyin qurbanı olub. Mütəxəssislər bu virusun irimiqyaslı pandemiyaya çevriləcəyini istisna etmirlər.
 
Çində bu virusa yoluxan və dünyasını dəyişənlərin sayı hər gün daha çox artdıqca, həm bu ölkə, həm də dünya iqtisadiyyatına zərbə dəyməkdədir. Virusun iqtisadiyyata vurduğu təsir ilk olaraq dünyada neftin qiymətinin ucuzlaşmasında özünü göstərdi. Qeyd edək ki, hazırda neftin qiyməti 6 dollar civarında ucuzlaşıb. Təbii ki, bütün bunlar Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Artıq sərhəd ölkələrdə, o cümlədən Gürcüstan və Rusiyada ərzaq, tərəvəz və digər məhsulların qiymətlərində bahalaşma müşahidə olunur.
 
Bəs, hazırda Azərbaycan bazarlarında vəziyyət necədir? Məsələni yaxından müşahidə etmək üçün “8-ci km bazarı”nda olub, qiymətləri araşdırmağa çalışdıq. Satıcılarla söhbətimizdə məlum oldu ki, hazırda meyvə-tərəvəz, ərzaq bazarında stabillik hökm sürür.
 
Meyvə-tərəvəz satıcısının dedikləri: “Yanvar ayından bu günə qədər meyvə-tərəvəzlərin qiymətində hələlik bahalaşma yoxdur. Lakin mövsüm sonu artıq yerli məhsullar bitmək üzrədir. Xaricdən gətirilən meyvə-tərəvəzlərin isə qiymətləri qismən yüksəkdir”.
 
Müşahidələrimizdən məlum oldu ki, bazarda 1 kq mandarin 2 manat, banan 2,40 qəpik, almaq 50-60 qəpik, “qızıl əhmədi” alması 1.50 qəpik, nar 2 manat, armud 2 manat, heyva 1.50 qəpikdən satılır. Quru meyvələrə gəldikdə isə, fındıq meyvəsinin (qabıqlı halda) qiymətində təxminən 0,50 qəpik-1 manat civarında bahalaşma müşahidə olunur və 8-10 manat arası qiymətə satılır. Digər quru meyvələrdən isə qoz (qabıqlı halda) 4-5 manat, şabalıd 6-8 manat arası satılır.
 
Həmçinin kartof 60 qəpik, soğan 70-80 qəpik, pomidor 3 manat, xiyar 2 manat, yumurta 15 qəpikdən satılır.
 
Bazarda toyuq ətinin qiymətində 0,50-1 manat artım müşahidə etdik. Beləliklə 1 kq toyuq əti 5-6 manat, mal əti (sümüklü) 10 manat, qoyun əti (sümüklü) 12,50 manata satılır.
 
Bazarda olarkən geyim məhsullarının da qiymətlərinə nəzər saldıq. Satıcılar qeyd etdilər ki, Çindən gətirilən geyim və ayaqqabıların qiymətində hələlik artım müşahidə olunmur, əksinə, mövsüm sonu bəzi məhsulların qiymətlərində endirim gözlənilir.
 
İqtisadçı Natiq Cəfərli ile ilgili görsel sonucu
 
İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Koronavirusla bağlı ən böyük zərbə hələlik Çin iqtisadiyyatına dəyib. Amma adı çəkilən virusun ağır nəticələri bütün dünya iqtisadiyyatında baş verən zəifləmənin əsas  amillərdən biri kimi dəyərləndirilir. Çünki  həndəsi silsilə ilə artım var- həm yoluxanların sayında, çox təəssüf ki, həyatını  itirənlərin sayın da. Bu nəticə etibarı ilə həm Çin, həm də dünya iqtisadiyyatına mənfi təsir  göstərir. Təbii ki, Azərbaycan da dünya iqtisadiyyatından kənarda qalmayacaq. Çindən kifayət qədər aldığımız məhsullar var. Doğrudur, ərzaq məhsulları çox azlıq təşkil edir, əsasən geyim və elektron avadanlıqlardır. Amma hər halda Çin iqtisadiyyatının zəifləməsi bütün dünyada ticarət dövriyyəsinin, zədələnməsinə səbəb olub. Eyni zamanda turizmin dövriyyəsinə də böyük zərbə dəyib. Son bir ayda dünya turizm agentliklərinin araşdırmalarına görə dünyada turizm axını 30 faiz azalıb. Bu da kifayət qədər böyük rəqəmdir”.
 
İqtisadçı qeyd etdi ki, yaxın vaxtlarda ölkəmizdə də bahalaşma qaçılmaz olacaq: “Təbii ki, koronavirusun dünya iqtisadiyyatına vurduğu mənfi təsir Azərbaycana da müşahidə olunacaq, bazar qiymətlərində artım baş verəcək. Həmçinin koronavirusla bağlı vəziyyət ağırlaşdıqca Azərbaycan gətirilən elektron texnikalarında, geyim məhsullarında azalmalar müşahidə olunacaq. Həcm olaraq sayının azalması qiymətlərə də təsir edəcək. Hələlik anbarlarda olan məhsullarının bazarda satışının təşkil olunmasını görürük. Təxminən 40-45 gün sonra anbarlarda məhsul azalacaq və qiymətlərə təsir edəcək.  Ehtimal ki, mart ayından başlayaraq geyim və elektron, televizor, kompüter kimi avadanlıqların qiymətində artım müşahidə olunacaq”.
 
Xalidə GƏRAY,
“Yeni Müsavat”
Fotolar müəllifindir

Загрузка...
Загрузка...