Körfəzdə ABŞ-a ŞOK YAŞATDILAR - 125 nəfərlik heyəti olan döyüş gəmisi İranın...

Baxış sayı: 
76
1  
0  

İspaniya ABŞ-ın “USS Abraham Lincoln” təyyarə gəmisi ilə İran körfəzinə göndərilən 125 nəfərlik heyəti olan “Méndez Nunez” döyüş gəmisini geri çəkib.
 
Publika.az xəbər verir ki, bu barədə İspaniyanın Müdafiə naziri Marqarita Robles deyib.
 
Nazir bildirib ki, İspaniya İran ilə bağlı hər hansı qarşıdurmaya getmək istəmir. Robles qeyd edib ki, İspaniya ciddi və etibarlı tərəfdaşdır, ancaq bu, yalnız Avropa İttifaqı və NATO ilə əldə olunan razılaşmalara aiddir. İspaniya ortaq mövqeyini bu razılaşmalar əsasında müəyyən edir.
 
Qeyd edək ki, ABŞ ilə İran arasında siyasi gərginlik davam edir. ABŞ İrana qarşı tətbiq edilən sanksiyaları dərinləşdirdikcə tərəflər bir-birini hərbi müdaxilə ilə təhdid edir.
 
ABŞ donanması Qırmızı dəniz ilə Hind okeanını birləşdirən Mendez boğazından keçib və İran körfəzinə girmək üçün Hörmüz boğazına tərəf istiqamətlənib.
 
İspaniyanın “Mendez Nunez” döyüş gəmisi 30 apreldən 31 oktyabra qədər davam edəcək və əməkdaşlığı inkişaf etdirmək məqsədilə bir il öncə planlaşdırılan təlimlər üçün ABŞ-ın “USS Abraham Lincoln” gəmisinin liderliyindəki donanmada yer alıb.
 
Zümrüd

Загрузка...
Загрузка...