Könül Kərimovaya dələduzluq edən: “İş qurmaq istəyirdik”

Baxış sayı: 
139
0  
0  

 

Bakıda müğənni və daha 10-dan çox şəxsin pulunu ələ keçirməkdə ittiham olunan Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Turaninfo.org xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən Məlahət Məmmədova özünü qismən təqsirli bilib. O, iş qurmaq üçün zərərçəkmişlərdən pul aldığını söyləyib.

Daha sonra zərərçəkmiş şəxs qismində Əfqan Hacıyev ifadə verib. O bildirib ki, oğlunu Kooperasiya Universitetinə düzəltdirmək üçün Məlahət Məmmədovaya pul verib.

Əfqan Hacıyevin sözlərinə görə, Məlahət Məmmədova onun pulunu qaytarıb, şikayəti yoxdur.

Digər zərərçəkmiş Sevinc Əliyeva qeyd edib ki, tanışı Ələkbər Abbasovun vasitəsilə Məlahət Məmmədovaya 10 min dollar və 40 min manat pul verib: “Oğlum həbs edilmişdi. Bunlar da oğlumun cinayət işinə xitam veriləcəyi vədi verdilər. Lakin sonralar vədə əməl etmədilər”.

Növbəti proses iyulun 31-də davam edəcək.

İttihama görə, Məlahət Məmmədova vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq edib.

O, ümumilikdə 300 min manatdan çox zərərçəkmişlərə ziyan vurub.

Zərərçəkənlər arasında əməkdar artist, müğənni Könül Kərimovanın da adı keçirir.

İstintaq sənədlərinə görə, Məlahət Məmmədova mKönül Kərimovanın oğlu Rəşad Rəhimovu Rusiyada ali məktəblərdən birinə qəbul etdirəcəyinə vəd verib, sonradan Azərbaycan Dövlət İqtisad Universitetinə köçürülməsini təşkil edəcəyini deyib.

Bununla bağlı o, Könül Kərimovadan ümumilikdə 32 min manat pul alıb.

Lakin vədinə əməl etməyərək, aldığı pulu mənimsəyib.

İstintaq orqanı tərəfindən Məlahət Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Загрузка...
Загрузка...