Konorla Həbib yenə atışdı: “Sən şərəfini itirdin” – QALMAQAL

Baxış sayı: 
122
3  
0  

 
 
İrlandiyalı döyüşçü Konor Makreqor və dağıstanlı Həbib Nurməhəmmədov yenə bir-birlərinə ilişiblər.
 
Modern.az xəbər verir ki,Makreqor karyerasıni bitirdiyinə görə,Nurməhəmmədovun ona söz atmasına ‘’Twitter’’ hesabında belə cavab verib:
‘’Sənin pulunu əlindən aldılar,mənimlə döyüşəndə qardaşlarının gözünün altını qaraltdılar. Balaca siçan! TezlikləLas Veqada böyük parti olacaq, balaca’’.
 
Nurməhəmmədovun isə cavabı gecikməyib. O bildirib ki, pul gəlib,gedəndir, amma şərəf yox.Sən şərəfini həmin gecə itirdin və heç vaxt geri qaytara bilməyəcəksən.Sən bununla yaşa. MMA karyeranı bitirməklə ‘’Twitter’’də karyerana başlamalısan?’’
 
Qeyd edək ki, ötən ilin oktyabrında UFC-nin 229-cu çempinatında Nurməhəmmədov Makreqoru boğucu fəndə salaraq məğlub edib.
 
Bundan sonra döyüşçülərin komandaları arasında dava başlanmışdı.
 
Bu yaxınlarda isə Makreqor döyüşdən getdiyini bəyan etdi.

Загрузка...
Загрузка...