​Komitə sədrləri xidməti avtomobilləri təhvil verdi

Baxış sayı: 
110
1  
0  

VI çağırış Milli Məclisin komitə sədrlərinə xidməti avtomobillərlə təmin edilib.
 
V çağırış Milli Məclisin komitə sədrlərinin bir neçəsinin avtomobili yeni seçilən komitə sədrlərinə verilib.
 
Məlumatı V çağırış Milli Məclisin Elm və təhsil komitəsinin sədri, hazırkı deputat İsa Həbibbəyli təsdiqləyib.
 
O bildirib ki, bir qayda olaraq keçmiş komitə sədrləri xidməti avtomobillərini hazırkı komitə sədrlərinə təhvil verirlər: “Mən də öz xidməti avtomobilimi indiki komitə sədri Bəxtiyar Əliyevə təhvil verdim”.
 
Milli Məclisin komitə sədrləri aşağıdakılardır:
 
1.Milli Məclis sədrinin I müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri – Əli Hüseynli;
 
2. Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri – Fəzail İbrahimli;
 
3. Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri - Аdil Əliyev;
 
4. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri – Ziyаfət Əsgərov;
 
5. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev;
 
6. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev;
 
7. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc;
 
8. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov;
 
9. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri – Tahir Mirkişili;
 
10. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov;
 
11. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev;
 
12. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov;
 
13. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovа;
 
14. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Pаşayeva;
 
15. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov.
 
Milli Məclisin 15 komitəsindən 3-nün sədrinə isə komitə sədri kimi xidməti avtomobil verilməyib. Buna səbəb onların parlamentdə daha yüksək vəzifə sahibi kimi avtomobillə təmin olunmasıdır.(Report)

Загрузка...
Загрузка...