Komaya düşən azərbaycanlı jurnalist vəfat etdi - Foto

Baxış sayı: 
62
1  
0  

Rusiyada yaşayan azərbaycanlı jurnalist Nazilə Həsənzadə vəfat edib.
 
Axar.az baku.ws-ə istinadən xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən 35 yaşlı jurnalist ötən gün dünyasını dəyişib.
 
Məlumata görə, "Aeroport Perm" jurnalının əməkdaşı olan jurnalist keçən ayın sonlarında Bakıya gəlib. Bir neçə gündən sonra qəfildən kəskin başağrıları tutub və təcili şəkildə geriyə - yaşadığı Perm şəhərinə geri dönüb. Səhəri gün komaya düşüb və 15 gündən sonra vəfat edib.
 
Qeyd edək ki, N.Həsənzadə süd vəzisi xərçəngindən əziyyət çəkirdi. Uzun müddət müalicə almışdı və xərçəngdən sağaldığını düşünürdü.
 
Özündən sonra azyaşlı oğlu qaldı.

Загрузка...
Загрузка...