Koçaryan siyasətə qayıtdı - YENİ PARTİYA YARADIR

Baxış sayı: 
45
1  
0  

Ermənistanın sabiq prezidenti Robert Koçaryan yeni siyasi partiya yaradır.

Turaninfo.org modern.az-a isitnadən xəbər verir ki, o, yeni partiyasının müxalifətə keçəcəyini açıqlayıb.

“Partiyanın necə adlandıralacağının prinsipial fərqi yoxdur. Prinsipial olan adaptasiya edəcəyimiz yanaşmalardır. İndi müxalifət düşərgəsində ciddi boşluq görürəm və onu doldurmağa çalışıram”.

Koçaryan hakimiyyət hərisi olmadığını və buna görə 10 il siyasətdən uzaq olduğunu açıqlayıb. Bununla belə, baş verən hadisələrə biganə qala bilmədiyini etiraf edib.

“Mənim partiyam yoxdur. Bu o deməkdir ki, yeni partiyanı sıfırdan yaratmalıyam. Həm əd seçkilərə yenilənmiş, gənc komanda ilə getmək istərdim. Komanda toplamaq üçün adətən ilk addımın nə olur? Sən ətrafdakı, ünsiyyət olduğun insanlara baxırsan”.

Загрузка...
Загрузка...