Kəndlilərin torpaq davası - 10 ölü, 7 yaralı

Baxış sayı: 
61
1  
0  

 
Türkiyənin Sakarya vilayətinin Arifiyə qəsəbəsində iki qrup arasında kütləvi dava olub.
 
Turaninfo.org "Sondakika.com"a istinadla xəbər verir ki, əkin sahəsində mübahisə edən tərəflər bir-birinə odli silahlardan atəş açıblar. Nəticədə 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
 
Mübahisə yaralıların çatdırıldığı xəstəxananın qarşısında da davam edib. Bu zaman 1 polis əməkdaşı yüngül yaralanıb.
 
Oxşar qanlı olay Türkiyənin Qars bölgəsində də baş verib. Torpaq sahəsi ilə bağlı iki ailə arasında yaranan davada 6 nəfər ölüb, 5 nəfər yaralanıb. Qətllər avtomat silahla törədilib.
Sonuncu olay Sarıkamış rayonunun Çamyazı kəndində baş verib. Yaralılar Qarsdakı dövlət xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyəti ağırdır. Hadisənin böyüməməsi üçün əraziyə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub.
 

Загрузка...
Загрузка...