Kənd təsərrüfatı naziri Masallıda vətəndaşları qəbul edəcək

Baxış sayı: 
43
1  
0  

Kənd təsərrüfatı naziri İnam Kərimov oktyabrın 19-da, saat 11:00-da Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarının sakinləri ilə görüşəcək.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Mərkəzə (050-287-12-12) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin 1652- Çağrı Mərkəz və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Загрузка...
Загрузка...