​Kiyev SON NÖQTƏNİ qoydu: “Saakaşvilinin ölkədən çıxarılması üçün...”

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Ukrayna ərazisindən ekstradisiyası üçün əsas yoxdur.
Turaninfo.org “RBK-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna ədliyyə naziri Denis Çernışev “112 Ukrayna” telekanalın efirində deyib.
“Hazırda Saakaşvilinin Ukraynadan çıxarılması üçün əsas yoxdur. Çünki Gürcüstanda onun barəsində ittiham hökmü çıxarılmayıb. Saakaşvilinin sərhədi keçməsindən başqa, Ukraynada heç nə baş verməyib. Saakaşvili barəsində bizə gələn sənədlərdə (Gürcüstan tərəfinin təqdim etdiyi sənədlər –rd.) Gürcüstanda onunla bağlı cinayət işlərinə baxıldığı bildirilir”, nazir bildirib.
Xatırladaq ki, sentyabrın 5-də Ukraynanın ədliyyə nazirinin müavini Gürcüstanın Saakaşvilinin həbsi etmə və ekstradisiyası haqqında ölkəsinə müraciət etdiyini açıqlayıb.
Daha əvvəl Gürcüstanın Bas Prokurorluğu Saakaşvilinin ekstradisiyası xahişi ilə Ukrayna tərəfinə rəsmən müraciət edib və hər iki halda imtina cavabı alıb.
Ömər Dağlı

Загрузка...
Загрузка...