KİV rəhbərləri Ali Məhkəmə sədri ilə görüşdülər — FOTOLAR

Baxış sayı: 
39
1  
0  

Bu gün Azərbaycan Respublikasının Ali Məhkəməsində kütləvi informasiya vasitələri rəhbərlərinin bu məhkəmənin sədri Ramiz Rzayev və məhkəmə heyəti ilə görüşü keçirilib. 

Turaninfo.org xəbər verir ki, görüş Mətbuat Şurasının və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə baş tutub.

Ali Məhkəmənin sədri Ramiz Rzayev ölkəmizdə məhkəmə sahəsində görülmüş işlər barədə geniş mlumat verib. O, məhkəmə orqanlarının KİV-lərlə qarşılıqlı əməkdaşlığının ölkəmizdəki və beynəlxalq təcrübədəki müxtəlif məqamlarından söz açıb, problemli tərəflərə toxunub. 

Ali Məhkəmənin sədrinin Azərbaycanda hakimlərin statistikası, eləcə də onların il ərzində gördüyü işlərə, apardıqları məhkəmə prosesləri ilə bağlı məlumatı maraqla qarşılanıb. R.Rzayev həmçinin KİV rəhbərlərinin müxtəlif məsələlərlə əlaqədar suallarını cavablandırıb.

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov jurnalistlərin ixtisaslaşması ilə bağlı məsələlərin hər zaman aktual olduğunu bildirib. 

Ə.Amaşov çıxışında KİV təmsilçilərinin hüquqi biliklərinin dərinləşməsinin vacibliyindən danışıb. MŞ sədri eyni zamanda məhkəmə-media müstəvisində meydana çıxan problemlərin xarakterik cəhətlərindən söz açıb, məhkəmə-media əlaqələrinin cəmiyyətin mənafeyi baxımından müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.

Görüşdə çıxış edənlər jurnalistlərin hüquqi biliklərinin, o cümlədən məhkəmələrin fəaliyyəti ilə bağlı biliklərinin artırılmasına ehtiyacın duyulduğunu vurğulayıblar və bu prosesdə Ali Məhkəmənin də təşəbbüskar kimi çıxış etməsinin faydalı tərəflərini diqqətə çatdırıblar. 

Görüşdə eyni zamanda məhkəmə-media münasibətlərinin müasir reallaqlara söykənməsinin, cəmiyyətdə məhkəmə hakimiyyətinə və mediaya etimad və inamın dərinləşməsinin vacibliyinə dair və digər istiqamətlərdə geniş fikir mübadiləsi aparılıb.

 
Загрузка...
Загрузка...