“Kim çox şərəfsizlik etsə, maşın onun olacaq” – Aşıq Namiq ilə qalmaqallı müsahibə (Video, Fotolar)

Baxış sayı: 
57
1  
0  

 
“Sponsorlar mini “yubka”lıları axtarır, kim mənim layihəmə pul verər?”
“Murad Dadaşovu uzaqdan tanıyırdım, şoumen kimi hörmətim vardı. Ona görə “Maşın-şou”ya qatılmağa razılıq verdim. Bundan sonra da Dadaşov hansı layihəsinə dəvət etsə, gedərəm”.
 
Bu sözləri Aşıq Namiq Fərhadoğlu Musavat.com-a müsahibəsində deyib. O bildirib ki, aktyor Məcid Hüseynovun onu “Maşın-şou”dan uzaqlaşdırması aşıq üçün gözlənilməz olub:
 
“Mənə deyirlər ki, sən mərd adamsan, sözü üzə deyənsən, qırmızısan. Məcidin məni oyundan uzaqlaşdırmaq istədiyindən şübhələnməmişəm. Məcid mənə dedi ki, şəklimi at, səni çıxartmayacam. And içdi, “balam ölsün” dedi. İnandım. Mənim yüksək səviyyəli dostlarım var. Onların bəzisi kartof, göyərti satır. Bəzisi nazirdir, polis rəisidir. Mən bu hörməti qazanmışam. İndi isə hamı Məcidi söyür. Onun etdiyi kişilikdən deyildi”.
 
 
 
 
N. Fərhadoğlu bildirib ki, şouda üç güclü iştirakçı olub, onlardan biri Ayan Babakişiyeva, biri Kəmalə Piriyeva, üçüncüsü isə özü olub:
 
“Ayan mərd qızdır, arxadan kimisə vurmağı yoxdur. Orada sözümüz çəp gəldi, məndə qıcıq yaratdı. Düşünmüşdüm ki, duelə çıxarıq. Ya o məni, ya mən onu oyundan uzaqlaşdıraram. Çünki ikimiz də güclü idik. Kəmalə Piriyevaya qibtə etdim, özünü çox yaxşı apardı”.
 
Aşıq “Şouda kimin qalib olacağını düşünürsünüz” sualına isə belə cavab verib:
“Mən özümü o layihədə görmürdüm. Dostlarım dedi ki, populyarsan, amma daha da məşhurlaşacaqsan. Orada baş çıxarmaq üçün gərək min sifətin ola. Kim çox şərəfsizlik etsə, min sifət göstərsə, maşın onun olacaq”.
 
Namiq deyib ki, qalib olsaydı, avtomobil dəyərində kasıblara, xəstələrə yardım göstərəcəkdi.
 
“Kərimi mən Nazimə görə uzaqlaşdırmadım. Tərbiyəsizlik etdi. Dedi ki, mənim ayağım, sənin üzündən məşhurdur. Mən kiminsə sözüylə oturub-duran deyiləm. Qalibiyyəti sevirəm. Səs toplayıb, özüm də gedə bilərdim. Aysuna anası, filankəsə atası, əri, sevgilisi dəstək olurdu. Mən isə xalq ozanıyam, mənə dəstək olan xalqdır”- aşıq deyib.
 
Sənətçi layihələrindən də danışıb: “Özüm üç layihə edirəm, qalibə maşın hədiyyə edirəm. Bu işləri sponsor yox, öz hesabıma etmişəm. Sponsorlar mini “yubka”lıları axtarır, kim mənim layihəmə pul verər? 36 yaşım var, subayam. Ona görə aşıq sənətinə dəstək olan layihələr edirəm. Sabah evlənsəm, uşaqlarım olsa, bəlkə də pulumu layihələrə sərf edə bilmərəm. Amma indiyə kimi 2 layihə etmişəm, 1 verilişim var”.
 
Könül
Fotolar və video: Elçin Əkbərov
Musavat.com

Загрузка...
Загрузка...