“Kim çox içər”: Spirtli içki mərcində dostuna uduzub öldü

Baxış sayı: 
175
2  
0  

Qanada spirtli içki mərci faciə ilə nəticələnib. Mərcləşən iki dostdan biri böyük dozaya tab gətirməyib.

Turaninfo.org  xəbər verir ki, 25 yaşlı Həmzə Obenq barda həyatını itirib. Daş ustası işləyən gənc öz dostu ulə daha çox içməklə bağlı mərcə girib. Onlar cin içkisini xatırladan yerli akpeteşidən kimin daha çox içə biləcəyini göstərməyə çalışıblar.

İkinci şüşədən sonra Obenq özünü pis hiss edib, yerə yıxılıb. Onu xəstəxanaya çatdırmaq mümkün olsa da, həkimlər Həmzənin həyatını xilas edə bilməyiblər. Onun dostu da içkidən huşunu itirib.

Qohumları Həmzənin müsəlman adətləri ilə dəfn etmək istəməyib. Hesab edirlər ki, o, ailəni rüsvay edib.

Akpeteşi çox tünd içki sayılır. Onu palma və şəkər qamışı şirəsindən hazırlayırlar. İçkinin tündlük dərəcəsi bəzən 50-yə çatır.

Bizimyol.info 

Загрузка...
Загрузка...