Kim Çen Trampa VAXT VERDİ: Əks təqdirdə...

Baxış sayı: 
100
0  
0  

 Şimali Koreya lideri Kim Çeni In ilin sonuna kimi ABŞ-ın danışıqlara yanaşmasının dəyişməsini gözləməyə hazırdır.

Turaninfo.org xəbər verir ki, bu haqda Koreyanın Mərkəzi Teleqraf Agentliyi (STAK) bildirib.

Kim Çen In aprelin 12-də 14-cü çağırış Ali Xalq Məclisinin (AXM) Pxenyanda keçirilən birinci sessiyasına toplaşan AXM deputatları qarşısında çıxışı zamanı qeyd edib ki, danışıqların strategiyasının dəyişdirilməsi ilə bağlı ABŞ-ın qərarını səbrlə gözləyəcək. Onun sözlərinə görə, əgər ABŞ lazımı metodikanı taparsa və iki dövlətin başçılarının üçüncü görüşünün keçirilməsini təklif edərsə, onda Koreya Xalq Demokratik Respublikası razılaşmağa hazırdır.

“Əks təqdirdə, nüvə məsələsinin həlli perspektivi olduqca qaranlıq və təhlükəli olacaq”, - Şimali Koreya lideri vurğulayıb.

Bundan başqa, Kim Çen In amerikalı həmkarı Donald Tramp kimi şəxsi münasibətləri “çox gözəl” olaraq xarakterizə edib.

Qeyd edək ki, dövlət liderlərinin birinci görüşü 2018-ci ilin iyunda Sinqapurda keçirilib. Tərəflər Koreya yarımadasının denuklearizasiyası və qərb koalisiyası tərəfindən Pxenyana təzyiqin azaldılması barədə razılaşıblar.

Bu il fevralın 27-28-də Vyetnamın paytaxtı Hanoyda ikinci görüş baş tutub. Birinci gün dövlət başçıları - Donald Tramp və Kim Çen In təkbətək görüş keçiriblər və görüş işçi şam yeməyi arxasında davam edib.

Növbəti gün siyasətçilər planlaşdırılmış görüşü vaxtından əvvəl tərk ediblər. Tərəflər konkret razılıqlara gəlməyib və birgə bəyanatı imzalamayıblar.

“Şimali Koreya sanksiyaların ləğvi qarşılığında sənədi imzalamağa hazır idi. Razılıq istədiyimiz hər şeyi etmədikləri üçün olmadı. Onlar özlərinə qarşı bütün sanksiyaların ləğv edilməsini istədilər. Biz isə buna hazır deyildik. Sanksiyaların hamısını ləğv etmək üçün nüvə silahından imtina etmələrini istədik. Lakin onlar da buna hazır deyildilər. Onlar tamamilə deyil, ayrı-ayrı rayonlarda nüvəsizləşməni həyata keçirmək istəyirər. Bu bizi qane etmədiyi üçün təklifdən imtina etdik. Kim Çen In bundan sonra nüvə silahı və raketlərin sınaqdan keçirməyəcəklərinə söz verdi. Danışıqlarımız davam edəcək”, - Donald Tramp görüşdən sonra keçirilən mətbuat konfransında vurğulayıb.

Martın 6-da isə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSİS) ilə “38 North” saytının (Şimali Koreya barədə analitik informasiyalar paylaşmaq üçün yaradılıb – red.) yaydığı informasiyaya görə, Şimali Koreya yenidən nüvə stansiyalarını inşa etməyə başlayıb. Xəbərə görə, Kim Çen In ötən ilin iyun ayında Donald Trampla razılığa gəldikdən sonra “Shoae” uzunmənzilli nüvə raket sistemlərinin stansiyaları sökülməyə başlanmışdı. Lakin liderlərin iki dəfə görüşməsi Şimali Koreyanın nüvə layihələrini dayandırmasına təsir edə bilməyib.

Daha sonra Pxenyanda keçirilən mətbuat konfransının gedişatında Şimali Koreyanın Xarici İşlər Nazirliyinin başçının müavini Soy Son Xi bildirib ki, Koreya Xalq Demokratik Respublikası denuklearizasiya haqqında ABŞ tələblərinə güzəştə getmək niyyətində deyil.

“Bizdə ABŞ-ın tələblərinə güzəştə getmək niyyəti yoxdur və belə danışıqları aparmağı arzu etmirik”, - nazir müavinini qeyd edib.

O əlavə edib ki, Şimali Koreya lideri Kim Çen In yaxın vaxtlarda Pxenyanın Hanoy sammitindən sonrakı hərəkətləri haqqında öz qərarını elan etmək niyyətindədir. Soy Son Xi bildirib ki, Pxenyan Birləşmiş Ştatlarla Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair danışıqların dayandırılması mümkünlüyünü nəzərdən keçirir.

Загрузка...
Загрузка...