Kim Çen In kartofa görə Pompeo ilə görüşmədi - Rəsmi agentlikdən GÜLMƏLİ AÇIQLAMA

Baxış sayı: 
196
0  
0  

ABŞ dövlət katibi Mayk Pompeonun Pxenyana səfəri zamanı Şimali Koreya lideri Kim Çen In ilə görüşməməsinin səbəbi açıqlanıb.
Publika.az xəbər verir ki, buna səbəb həmin ərəfədə Şimali Koreya liderinin ölkənin şimalında yerləşən kartof tarlalarını ziyarət etməsi olub.
Bu barədə Şimali Koreya mətbuatı məlumat verib. Sözügedən mətbuat adətən, ölkə liderlərinin gördüyü işləri və getdiyi səfərləri manşetdə və ya ilk səhifədə verməklə tanınır. Ancaq Kim Çenin ABŞ-ın dövlət katibinin Şimali Koreyaya səfəri zamanı daxil olmaqla, 7 gündür manşetlərdən uzaq qalması ortaya suallar çıxarıb. Sualların cavabı isə ölkənin rəsmi xəbər agnetliyi KCNA-dan gəlib. Agentlik Kim Çenin Samjiyon əyalətində kartof tarlalarını təftiş etməyə getdiyi üçün Pompeo ilə görüşmədiyinə dair 3 xəbər dərc edib.
Xəbərə görə, Kim Çen kartof yetişdirən fermerlərə yüksək keyfiyyətli və məhsuldar kartof növlərinin yetişdirilməsi, ləzzətli növlərə üstünlük verilməsi, kartofdan hazırlanan hazır qidaların istehsalı zamanı keyfiyyətə diqqət yetirilməsi kimi məsləhətlər verib.
Qeyd edək ki, Mayk Pompeo ötən ay ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında əldə edilən nüvə silahlarından imtina etmə razılaşmasının detallarını müzakirə etmək üçün Pxenyana səfər etmişdi. O, Kimin sağ qolu olan general Kim Çen-Çol ilə görüşmüşdü.

Загрузка...
Загрузка...