​Kim Çen Inın edam etdirdiyi bildirilən bibisi “dirildi” – FOTO

Baxış sayı: 
63
1  
0  

 
 
Kim Çen Inın 73 yaşlı bibisi Kim Qyon Xi Pyonyanqda teatr salonunda Çin Yeni ili münasibətilə təşkil olunan tədbirdə Şimali Koreyanın ali səviyyəli səlahiyyətliləri arasında görünüb.
 
“HaberGlobal”ın məlumatına görə, KXDR-in KCNA agentliyi bununla bağlı foto paylaşıb.
Kadrlarda qardaşı oğlu tərəfindən edam edildiyi deyilən bibinin Kim Çen Inın və xanımı Ri Sol Junun yanında oturduğu görünür.
 
Qeyd edək ki, bundan əvvəl mediada Şimali Koreya liderinin bibisinin yoldaşını güllələtdirdikdən sonra Kim Qyon Xini də zəhərlətdiyi iddia olunmuşdu.
 
Kim İr Senin qızı və Kim Çen İrin tək bacısı olan Kim Qyon Xi vaxtilə ölkənin ən nüfuzlu şəxslərindən biri olub. Onun Kim Çen Inın liderliyə hazırlanmasında xüsusi rolu olduğu vurğulanır.
 
Həyat yoldaşı Çan Son Txek 2013-cü ildə vətən xaini və rüşvət ittihamları ilə əlaqədar edam olunduqdan sonra Kim Qyon Xinin taleyi naməlum qalmışdı.

Загрузка...
Загрузка...