Kim Çen In haqqında qan donduran iddia: Generalı yırtıcı balıqlarla dolu su tankının içinə atdı

Baxış sayı: 
79
1  
0  

 
Şimali Koreya prezidenti Kim Çen In-ın yaxın çevrəsindəki əsgər və bürokratlara yönəlmiş qəddar cəzalar tətbiq etməsi ilə bağlı iddialara bir yenisi daha əlavə olunub. İngilis mediasında yer alan iddialara görə, Cənubi Koreya lideri son olaraq ağlasığmaz bir ölüm əmri verərək, edam gerçəkləşdirib. Musavat.com xəbər verir ki, onun adı hələlik açıqlanmayan bir general üçün film səhnələrindən geri qalmayan, qan donduran bir ölüm şəkli seçdiyi iddia edilib.
 
Kim Çen In-ın bundan öncəki illərdə çox sayda qeyri-adi ölüm əmri və edama adının qarışdığı bilinir. Şimali Koreya pezidentinin təlimatı ilə Milli Təhlükəsizlik nazirinin müavini alov aparatı ilə yandırılaraq öldürülmüşdü. İllər öncə Şimali Koreya qəzetində xəbər verilmişdi ki, Kim dövlətin ali idarəetməsində olan 11 bürokratı hərbi məhkəməyə çıxararaq, ölüm cəzasına məhkum etdirib. Qəzetin xəbərinə görə, ölüm cəzalarının həyata keçirilməsində qeyri-insani üsullar da tətbiq edilmişdi.
 
Bundan öncə isə Kim Çen In-a qarşı çevriliş hazırlığı içində olduğu iddia edilən müdafiə naziri Kim Çolu da edam etdirmişdi. Kim Conqun əhvalına uyğun olaraq, bəzi məsələlərlə bağlı cəza verməsi geniş yayılıb. İllər öncə Kim Yonq Unun oturuşunu bəyənmədiyi üçün baş nazir köməkçisini edam etdirdiyi bildirilmişdi.
 
Son olaraq ortaya atılan iddia isə insanı heyrətləndirən xarakterdədir. İngilis mediasında yer alan xəbərə görə, adı hələlik açıqlanmayan bir general üçün içi pirana (Şimali Amerikada çaylarda yaşayan, kiçik, amma yırtıcı balıqlar) dolu bir su tankı hazırladıb və generalı da içinə ataraq vəhşicəsinə öldürüb. Öldürülən generalın Kim Çen In-a qarşı çevriliş hazırlığı içində olduğu iddia edilib. İçi pirana dolu tankın Kim Çen In-ın Ryonqsonq Sarayında olduğu bildirilir. Bundan başqa, generalın pirana dolu su tankına atlımadan öncə də müxtəlif növ işgəncələrə məruz qaldığı bildirilir.
 
Generalın ölümünün vəhşi balıqlar tərəfindən, yaxud daha öncə gerçəkləşdirilməsi haqqında konkret bir məlumat olmadığı deyilir. İddialara görə, Kim Çen In-ın 1977-ci il istehsalı olan Ceyms Bond filmindəki bir səhnədən təsirlənərək bu şəkildə ölüm tankı hazırlatdırıb.
 
Ümumiyyətlə, Kim Çen In-ın həyatında bəzi ilginc nöqtələr var və bu özəlliklərinə görə də qeyri-adi biri olaraq məşhurlaşıb. Məsələn, Kim Çen In 8 yaşına gələndən sonra atası ona bir general geyimi hədiyyə etdi və bundan sonra da bütün gerçək generallar onun qarşısında əyilməyə başladılar.
 
1996-2000-ci illərdə İsveçrədə sanki bir Koreya diplomatının oğluymuş kimi həqiqi kimliyi saxlanaraq oxuduldu. İllər sonra Şimali Koreyanın paytaxtı Pxenyana qayıdanda isə 'Kim İl-sung' adlı Hərbi Universitetdən 2006-cı ildə məzun oldu. İki il sonra əmisi ilə arasında dava çıxdı və əmisi uzaqlaşdırıldı. İddialara görə, əmisinin 20 uşağı vardə və hamısı da öldürülmüşdü.
 
Kimin vətənə xəyanət ittihamı ilə cinayət işi açılan əmisi və 5 köməkçisini, 3 gün boyunca ac saxlanaraq, 120 itə yem etdiyi də deyilirdi. Kim Çen In gücü əlinə alan kimi 140-a qədər təcrübəli insanı da öldürmüşdü.
 
Sevinc
Musavat.com
 

Загрузка...
Загрузка...