Killerlər və xüsusi xidmətlər azərbaycanlı “qanuni oğru”nun axtarışında - ŞAKRO “QULİ”NİN SİFARİŞİNİ VERDİ

Baxış sayı: 
77
1  
0  

Kriminal aləmdə “Lotu Quli”kimi tanınan məşhur “qanuni oğru” Nadir Səlifovun rəqibləri onu ya muzdlu qatillərin əli, ya da xüsusi xidmət orqanları əməkdaşlarının köməkliyi ilə aradan götürmək istəyirlər.
 
Hurriyyet.org virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiyanın nüfuzlu “Praym Kraym” nəşri məlumat yayıb.
 
Məlumata görə, N.Səlifov Qətərdə olduğu müddətdə “Badri Kutaisski”ləqəbli “qanuni oğru” Badri Koquaşvili (“Şakro Molodoy”un Moskva üzrə varisi) bir günlük gizlincə İstanbula gələrək kriminal avtoritetlərlə görüşüb. “Badri Kutaisski”nin görüşdüyü kriminal avtoritetlərin arasında Türkiyə mafiyasının əsas liderlərindən biri – Sedat Peker də olub.
 
“Şakro Molodoy”un nümayəndəsi “Badri Kutaisski” Sedat Pekerə müttəfiqlik təklif edib. Bunun əvəzində isə “Quli”nin aradan götürülməsini istəyib. Amma Sedet Pekerdən rədd cavabı alıb.
 
Mənbə “Badri Kutaisski”nin “Quli”nin aradan götürülməsini təkcə türk mafiozları ilə müzakirə etmədiyini də vurğulayıb.
 
İkinci variant N.Səlifovun Yunanıstandakı “oğru sxodkası”na dəvəti olunması və beynəlxalq axtarışda olan şəxs kimi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması ilə bağlıdır.
 
Mənbə iddia edir ki, artıq N.Səlifovun saxlanılmasına məsuliyyət daşıyan məşhurların adı da məlumdur. Bunlar - sərhəd mühafizəsi bölməsinin direktoru Aristidis S. və Yunanıstan İnterpolunun mütəşəkkil cinayətkarlıq üzrə qadın əməkdaşı Dimitra Karakostadır.

Загрузка...
Загрузка...