“Kediciyin”dən həbs olunan Adnan Oktarla bağlı ŞOK SÖZLƏR - FOTO

Baxış sayı: 
46

Vaxtilə Adnan Oktarın qadın müridlərindən olan Ceylan Özgül adlı keçmiş “kedicik” aparılan istintaq əməliyyatları ilə bağlı şok paylaşım edib.
Publika.az xəbər verir ki, qalmaqallı şəkildə Adnan Oktarın dəstəsindən ayrılan qadın sosial hesabında “Bu gün Günəş daha gözəl doğdu”, - sözlərini yazıb.
Adnan Oktarın ən məşhur “kediciklərindən” olan Ceylan Özgül müəlliminin yanından ev geyimində və ayağında tərliklə qaçdığını bildirmişdi. Buna səbəb olaraq, daim təzyiq altında saxlanıldığını, qərarlarını özü verə bilmədiyini demişdi. Valideynlərə səslənən Özgül onlardan uşaqlarını yanlarından ayırmamalarını istəmişdi:
“Uşaqlarınızı bağrınıza basın, dizinizdən ayırmayın. Nə deyirlərsə-desinlər, siz onların çox yaxınında dayanın. Çöldə sizin kimi təmiz insanların belə xəyal edə bilməyəcəyi, içində hər növ maddi və mənəvi işgəncələrin yaşandığı şeytani hadisələr var. Uşaqlarınız belə hadisələrin içinə düşə və şantaj, təhdid səbəbindən oradan çıxmaya bilər. Mən bu səbəbdən anamın yasına belə gedə bilməmişdim”.
Qeyd edək ki, özünü din xadimi kimi təqdim edən və 10-dan çox cinayətdə ittiham edilən Adnan Oktar bu gün 235 tərəfdarı ilə birgə həbs edilib. Adnan Oktar və tərəfdaşları bu cinayətlərdə ittiham olunur: Cinayət məqsədilə təşkilat qurmaq, azyaşlılarla cinsi əlaqə, uşaq oğurluğu və ya əsir saxlanılması, cinsi təcavüz, şantaj, insanların azadlığını əlindən almaq, siyasi və hərbi casusluq, dini inanc və duyğuların istismar edilməsi, fırıldaqçılıq, cinayətdən əldə edilən gəlirlərin yuyulması, şəxsi həyatın gizliliyini pozmaq, rəsmi sənədlərdə saxtakarlıq, böhtan, xalqı hərbi qulluqdan çəkindirmək, həqarət, cinayət uydurmaq, yalançı şahidlik, qaçaqçılıqla mübarizə qanunlarına müxaliflik, vergidən yayınma, rüşvət, təlim və tədris haqlarının tapdalanması, işgəncə, şəxsi məlumatların qeydə alınması və siyasi haqların tapdalanması, ailənin təhlükəsizliyi və qadına qarşı zorakılığın qarşısının alınmasına müxaliflik.

Загрузка...
Загрузка...