​Keçmiş türk əri məşhur azərbaycanlı haqda ŞOK FAKTLARI AÇDI: Məni öldürmək üçün...

Baxış sayı: 
68
1  
0  

Amerikaya köçən məşhur akyor Tolqa Karel azərbaycanlı model Günay Musayeva haqqında şok faktları açıqlayıb.
 
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorluq karyerası ilə vidalaşıb Amerikada sürücü işləyən Tolqa Karel keçmiş həyat yoldaşı Günay Musayevanın onu öldürməyə cəhd etdiyini deyib:
 
"Məni öldürməsi üçün tutduğu adamın hazırda həbsxanada olduğunu da dedi? Ya da, "Bir şərtlə boşanaram, məni Türkiyə vətəndaşı et" deyərək, boşanmanı bir il uzatdığını etiraf edib? Evimi kirayə vermişdim, qalan insanlar zəng etdilər ki, mənzildən cadular tapdıq. Daha nələri deyim? Dediklərimin hamısının sübutu var.
 
Müqəddəs ayda namaz qılıram, Allaha şükür edirəm ki, məni belə bir qadından xilas etdi. Mənim üçün o, bir ölüdür. Cahangir mənim oğlumdur. Amma gün gələcək gerçəkləri öyrənəcək və onun yanında bir dəqiqə belə qalmayacaq. Vaxtı gələndə Cahangir doğru yolu görəcək. Bu anın yetişməsini səbirsizliklə gözləyəcəm".
 
Məlumat üçün bildirək ki, Türkiyədə yaşayan həmyerlimiz mətbuata verdiyi açıqlamalarda tez-tez ərinin ünvanına xoşagəlməz sözlər səsləndirir. O, Tolqanın oğluna atalıq etmədiyindən gileylənir. Günayın bu addımı Tolqa Kareli özündən çıxararaq boşanmalarının əsl səbəblərini danışmağa məcbur edib.
 
Qeyd edək ki, ABŞ vətəndaşı ilə evli olan Tolqa Karelin ikinci nikahından iki uşağı var.

Загрузка...
Загрузка...