Keçmiş siyasi məhbusdan Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova

Baxış sayı: 
147
3  
0  

Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova
Sürəti: Baş Dövlət Yol Polisi İdarəsi cənab ramiz Zeynalova
 
General R.Zeynalov 3 cavab göndərib İmişli RPŞ rəisi iki.
Hörmətli cənab nazir!
Baş Dövlət Yol Polisi rəisi Ramiz Zeynalov cənablarının  şəxsən müraciətimizə özü cavab verməsi, cənab Prezident İlham Əliyevlə Şəmkir rayonunda sadə vətəndaşları qəbulunuzu təqdir edir, başlanılmış islahatları dəstəkləyənlərdən olduğunuzu alqışlayırıq.
İmişlidə isə tamam əksinədir. Ötən müraciətimizə İmişli RPŞ-nin rəisi Fizuli Şıxəliyev 38 gündən sonra şəxsən öz imzası ilə cavab vermiş bizləri günahkar hesab etmişdi. İmişli DAM rəisi isə bizi çox etinasız qəbul etməsini qeyd etmişik. Avtomobil müfətişlərinin yoxsul, insanları zəif olanları, onlara hesab verməyənləri cərimə etdirməsi, beləcə plan doldurmağını imkanlı şəxslərin azyaşlı övladlarının onların gözləri qarşısında inomarka avtomobillərini təyyarə kimi uçurtmasına biganəliklərinin səbəblərinə aydınlıq gətirmişdi ki, sərxoş papa balalarının yol qəzalarının başlıca səbəblərindən biri də bu amildir.
Budur, cənab Ramiz Zeynalovun 30.11.2019-cu il tarixli məktubda operativ göstərilir ki, Prezident və müxtəlif dövlət orqanlarına ünvanladığınız eyni məzmunlu müraciətiniz BDYPİ-yə daxil olmuşdur. Araşdırmanın nəticəsi barədə Sizə əlavə məlumat veriləcəktir.
İmişli RPŞ-nin rəisi F.Şıxəliyev bu dəfə operativ cavab versə də, cənab Ramiz Zeynalovun məktubunu oxumamışdır. Partiyanın adını Demokratik yazır, halbuki, hörmətli R.Zeynalov “Demokrat” göstərib RPŞ-nin rəisi F.Şixəliyev öz bildiyini buraxmamış, yazır ki, tərəfimizdən araşdırılma aparılıb müəyyən edilmişdir ki, Zülfüqarlı Ayxan 30.07.2019-cu il saat 19.01 radələrində İmişli Qaradonlu yolunun 2-ci km-də dayanma-durma qaydalarını pozduğuna görə inzibati xətaya görə 20 manat cərimə olunmuşdur.
Mən RPŞ rəisindən soruşmaq istəyirəm ki, hansı araşdırma aparılıb? Müharibə qazisinin oğlu Vəliyev Orxan Əli oğlunun araşdırılmasını 2-ci müraciətinizdə niyə göstərmisiniz? Bilirsiniz ki, hörmətli cənab Prezident də, cənab nazir də qazilərə hörmətlə yanaşandır, buna görəmi?
Hörmətli cənab nazir!
İmişli rayonunda oğurluq hadisələri olduqca artıb, Murquzallı, Qızılkənd, Məmmədli, Xoşçobanlı və sair kəndlərdə oğurluq ona görə artıb ki, RPŞ rəisi və müavini S.Səmədov Məmmədli kəndi yaxınlığında ferma yaradıblar. Bunu Qaralar kənd sakini mal-qarası oğurlanmış şəxs “Feyzbuka” belə yerləşdirib.
Post-patrul xidməti əməkdaşlarının işini müsbət qiymətləndiririk. Bazar və marketlərdən isə aylıq hesab yığılmasının şəxsən şahidiyik. Rəis müavinlərinin villaları, inomarka avtomobilləri çox mətləblərə aydınlıq gətirir. Şəhərin bir polis sahə rəisi var, gənc kadrdır, hamı onu xətrini istəyir, atası da məşhur polis zabitidir, bildiyimə görə, Masallı rayonunda müavin işləyir, nə atanın, nə övladın avtomobilləri yoxdur, şəhərdə oğurluq da yoxdur.
Xahiş edirəm, Ramiz Zeynalov cənabları bu işi öz öhdəsinə götürsün. 20 manatın bir mahiyyəti yoxdur. Amma rəis məktubunda mal bazarı göstərməyib, Qaradonlu yolu göstərməsi 30 ilin siyasət insanı olaraq bəndənizi ələ salmaq deməkdir.
9 dekabr 2019-cu il gecə saat 04:00-da həyətimə girən varıydı. Məni görən kimi qaçdı. Şüpələndiyim sonuncu iki nəfər tənqid etdiklərimdir. Allahdan başqa heç kimdən də qorxmuram.
 
ADP İmişli RT-nın sədri               Məhbub Əvəz oğlu Zülfüqarlı.
 

Загрузка...
Загрузка...