Keçmiş siyasi məhbus onu həbs etdirən Saleh Səmədovun biyabırçı əməllərindən yazdı

Baxış sayı: 
632
6  
1  
                                            
                                                    
                                                   
Azərbaycan Respublikasının Prezidenti
                                            cənab İlham Əliyevə

                     Surəti: Müdafiə naziri cənab Zakir Həsənova
                                 Surəti: İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova
                           Surəti:Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevə

 
ADP  İmişli RT-nin sədri, jurnalist
                                                  Məhbub Əvəz oğlu Zülfüqarlı  tərəfindən

 

                                         Açıq Məktub
 
 
      Hörmətli cənab prezident!
      Hörmətli nazirlər!
     
Saleh Səmədov Azərbaycan Dövlətini də saymadı. Dövlətin strateji obyekti olan hərbi hava qüvvələrinə məxsus İmişlidəki Lokatoru gecə ilə kəsdirib, Spirt zavodunun həyətinə aparmışdı. Bu barədə mən o vaxt başçı olan Vilyam Hacıyevə məsələni danışdım. Sual verdim ki, gözünüzün qabağında dövlətin strateji obyekti olan Lokatoru S. Səmədov ləğv etdirib ki, 20 hektar istilikxanasına yaxındır. Öz marağını dövlət marağından üstün tutan bu adama niyə yerini göstərmirsiniz? Bildirdi ki, Lokator mənim səlahiyyətimdə deyil, hərbi hissənindir. Yəqin ki, Saleh hərbi hissə ilə razılaşıb. Bir şeyi unutdular ki, qonşularımız olan dövlətlərin də Lokatorun ləğv edilməsi ürəyincə idi. İnanıram ki, dövlətin də, xalqın da, prezidentin də güvəndiyi Müdafiə naziri hörmətli cənab Zakir Həsənov bu olaydan xəbər tutmayıb. Ona məlumat verməyiblər. Məcburam jurnalist kimi eləcə də ADP İmişli RT-nın sədri kimi mən məlumat verim və inanıram ki, Mikayıl Cabbarov cənabları Salehi qovduğu kimi cənab Müdafiə nazirimiz də sorğu-suala çəkəcək. Sən kimsən ki, dövlətin strateji obyektini götürmüsən? Dədən-babanmı saldırmışdı həmin lokatoru sualını verəcək.
      İmişli Araz-konservləşdirilmiş şirələr və konyak zavodu MMC-nin fəaliyyəti nəticəsində yaranan xoşagəlməz qoxudan, İmişli şəhəri, M. Əzizbəyov küçəsindən keçən (Nohurarx) kanalının üzərində və ona yaxın torpaq sahələrində tikilmiş qeyri-yaşayış binalarında yaranan antisanitariyadan çox yazmışıq. Əvəzində sizlər ETSN, AQTA və digər cavabdeh qurumlar şablon cavablar yazmaqla işlərini bitmiş hesab ediblər. Çünki, zavodun yiyəsinin pulu sərvətinin sayı hesabı yoxdur. Belə çıxır ki, Ekologiya nazirliyi Səhiyyə nazirliyinin sanitar epidemioloji idarəsi məhkəmə sədri belə zavod sahibi Saleh Səmədovun müdafiəçisidirlər. Xüsusilə, məhkəmə sədri Qurban Hacıyev Saleh Səmədovla dost-ardaşdır, onun avtomobilindən düşmür. Onun sifarişi ilə, günahsız olaraq məni beş ay həbsə məhkum edən də məhkəmə sədridir. Adam 8-ci sinifə qədər lövhə qarşısında “a-a-a-b” deməyib, sinifdən sinifə keçirilib, gecə məktəbindən mənim qardaşım Siracla bir yerdə atestat alıb. Eşidirəm ki, adam Xalaq Təsərrüfat İnstitutundan diplom alıb, Fəlsəfə Elmlər namizədliyi var.
        Təhsil naziri Ceyhun Bayramovdan xahiş edirəm onun Xalq (indiki Biznes) Təsərrüfatı İnstitundan necə diplom alıb araşdırılsın, xüsusilə, Riyaziyyatdan eləcə də, Ədəbiyyatdan necə olub ki, imtahan verə bilib. Ali Atestasiya Komissiyası necə olub ki, onu Fəlsəfə Elmləri namizədi edib, Azad Mirzəzadə təmiz və ləyaqətli insan, müəllim, alim olub, necə olub ki, onun xəbəri olmadan Saleh kimi, orta məktəbi 8-ci sinfdən sonra gecə məktəbinə keçirilmiş birini Fəlsəfə Elmlər namizədi ediblər, araşdırılmasını xahiş edirəm. Çünki bunun orta məktəbə davamiyyəti mənim gözüm qarşısında olub.
           Savadı, təhsili olsa idi, Heydər Əliyev parkındakı “20 yanvar” xatirə kompleksini sökdürməz, yerində də “uşaq bağçası” tikdirməzdi. Adam sən demə, “Araz” kinoteatırını da (qış və yay) özəlləşdiribmiş. 20 hektar ərazidə yerləşən istilikxanalarının isə, sərəncamına  nə  keçmiş başçı, nə də şəhər bələdiyyəsi verməyibmiş. Şəhər bələdiyyəsinə bir qəpik belə vergi ödəməyibmiş, bu qədər obyektlərindən vergi ödəməməsi, onun arxalı olduğunu sübut etmirmi?
          İqtisadiyyat nazirimiz cənab Mikayıl Cabbarov bu adamı Metrologiya və Patent Komitəsinin prezidentliyindən təzə qovub. Cənab nazirə təşəkkür edirik, Tanrı onu daha da başı uca etsin. Axır ki, Saleh Səmədovun dəqiq qiyməti verildi. Adam ölkə üzrə yanacaqdoldurma məntəqələrindən hər ay 2 min, mağaza və restoranlardan da aylığı alırmış.
         
        Spirt zavodunun pis, üfunətli qoxusundan sakinlərin şikayət etmədiyi rəsmilər qalmayıb. Hətta 19.04.2017-ci il, Respublika GEM-i onun zavodunun üfunətli qoxusunun mənbəyini açıqlamış, aidiyyatı dövlət qurumları ilə razılaşdırılmaqla, təmizləyici qurğunu S.Səmədov quraşdırmayıb. Adamın uşaqlığı yoxsul keçib. İmişlilərdən uşaqlığının qisasını almırmı? Adamın təhsili, savadı olsa idi, zavodun üfunətli iyindən, sakinlərdən utanar, xəcalət çəkər, üzr istəyərdi. Məni həbs etdirməklə sakinlərə kimliyini də göstərdi, yəni, üfunətli iydən şikayət edənləri həbsxana ilə hədələmədimi? Mikayıl Cabbarov cənabları bu adamı vəzifədən qovandan sonra S.Səmədovun “qazı alınıb”, “çıxıb”. Vətəndaşlarla ehtiyatla danışmağa, müraciət etməyə başlayıb, amma “Kral” şadlıq sarayından və spirt zavodundan xeyli işçiləri işdən qovub. İşlətdiyi işçilərin çoxunun müqaviləsi isə sözsüz ki, olmayıb. Olsa idi, işçini işdən qova bilməz, qanundan və dövlətdən qorxardı. Savadı, təhsili olsa idi, mənə 8 Mart 2017-ci il (070-310-55-55) mobil telefonu ilə zəng edib “Bu gün Beynəlxalq 8 Mart qəh...lər günüdür” deməyə vicdanı ağrıyardı, utanardı. Adamı danışdıran 100 min manat, milyonlarla ölçülən qazancı idi ki, artıq cənab Mikayıl Cabbarov onun müəssisə, zavodlarının yoxlanılmasına göstəriş verdiyi deyilir.
     Həm də təzə başçı Elçin Rzayev Saleh Səmədova yerini göstərib. Keçmiş başçı V.Hacıyev Salehə qarşı humanistliyinin altını çəkir. Deyilənə görə, DTX İmişliyə gələndə Salehin oğlu da, Ədliyyə nazirliyinin işçisi kimi gəlibmiş və Vilyam Hacıyeva qarşı zor işlədən də Salehin oğlu olub. Fəxrlə danışırlar ki, Vilyam Hacıyevin sinəsindən təpik vurub. DTX–yə inanan və güvənən şəxs, hüquq müdafiəçisi və jurnalist kimi xahiş edirəm ki, bu fakt araşdırlsın. V.Hacıyev cinayətkar kimi həbs olunub, amma hər hansı bir adamın dövlətin 8 il güvəndiyinə təpik vurması yolverilməz sayılmalıdır. Həm də kinoteatrın özəlləşdirmə və qiymətləndirilməsinə nə qədər olmasına aydınlıq gətirilməsini Əmlak Komitəsindən eləcə də, İqtisadiyyat nazirimizdən xahiş edirəm.

    
       İmza:                                                   Məhbub Əvəz oğlu Zülfüqarlı
      Tarix:                                                   03.07.2020-ci il
      Telefon: 070-277-87-27


 

Загрузка...
Загрузка...