Keçmiş ingilis casusunun İstanbuldakı sirli ölümü - Kraliça ona cəngavər rütbəsi veribmiş

Baxış sayı: 
59
2  
0  

Hurriyyet.org xəbər verir ki, Suriyada fəaliyyət göstərən Ağ Beretlilər təşkilatının qurucusu və keçmiş ingilis agenti, 48 yaşlı Ceyms Qustav Edvard Le Mezuryenin İstanbulun Beyoğlu məhlləsindəki evinin qarşısında ölmüş halda tapılması ilə bağlı təhqiqat davam edir. Onun intihar etməsi də istisna edilmir.
 
Le Mezuryenin həyat yoldaşı Emma Hedvinq Kristina öz ifadəsində deyib: “Həyat yoldaşımın son dövrlərdə psixoloji problemləri var idi, müalicə alırdı. Müalicəsini rahat alması üçün hadisə yerindəki, ofis kimi istifadə elədiyimiz mənzildə qalmağa başlamışdıq. Səhər saat 4.00-a qədər yata bilmədik. Sonra yuxu dərmanı içib yatdıq. Üşüyərək oyandım. Pəncərə açıq idi. Həyat yoldaşım evdə yox idi. 3-cü mərtəbədəki açıq pəncərədən baxanda onu yerə yıxılmış vəziyyətdə gördüm”.
 
Le Mezurye ilə həyat yoldaşının 3-cü mərtəbədəki ofisə sadəcə barmaq izi ilə açıqlan qapıdan daxil ola bildikləri bildirilib. Təhlükəsizlik  kamerlarının araşdırılması da hadisə zamanı binada sadəcə ikisinin olduğunu müəyyənləşdirib.
 
Hadisə yerindəki dəlillər, şahid ifadələri asayiş işçilərini intihar variantı üzərində durmağa sövq eləsə də, Le Mezuryenin agent kimliyi müəmmalı ehtimallar doğurur.
 
Kraliça ona cəngavər rütbəsi vermişdi
 
İngiltərə dövlətinin rəsmi mətbuatı 2016-cı il 11 iyun tarixində kraliça II Yelizavetanın Ceyms Qustav Edvard Le Mezuryeyə “Suriyanın daxili müharibəsində dinc əhalinin qorunması və təhlükəsizliyi ilə bağlı xidmətlərinə görə” cəngavər rütbəsi verildiyini yazıb. Le Mezuryenin 2014-cü ildə qurduğu Ağ Dəbilqəlilər qrupu Suriyadakı daxili müharibədə dinc vətəndaşları xilas eləmək, kömək, təcili yardım fəaliyyəti ilə məşğul olub.
 
“Bir qadınla dalaşdı” iddiası
 
Mezuryelərin işldikləri dərnəyin üzvlərinin müştəriləri olduğunu bildirən dükan sahibi Fırat Bulut deyib: “Səhər saat 9 radələrində iş yerimizə gldik. Bizim də müştərimiz idilər. Saat 3 radələrində gurultu başlanıbmış. Səhər saat 5.30 radələrində cəsəd tapılıb. Gecə mübahisə səsləri gəlirmiş. Bir qadınla dalaşırmış. Burada Suriyadan gələn adamlara dərs keçirdilər”.
 
RUSYA ÜÇ GÜN ÖNCE ADINI VERDİ
 
İngiltere Dışişleri Bakan Yardımcısı Andrew Morrison 3 gün önce Beyaz Baretliler’in temsilcilerinin Rusya ve Suriye tarafından düzenlenen dezenformasyon kampanyasının hedefi olduğunu söylemişti. Rusya Dışişleri Bakanlığı Sözcüsü Mariya Zaharova’nın Morrison’a verdiği yanıtta Le Mesurier’in adıyla şunları söyledi: “Örgütün kurucularından birinin James Le Mesurier olduğu açıkça biliniyor. Mesurier, İngiliz istihbaratının, tam olarak MI6’nın eski ajanı. Bu kişi, Balkanlar ve Ortadoğu da dahil dünya genelindeki birçok çatışmada ortaya çıktı. Bazı kaynaklara göre Mesurier’in ekibinde El Kaide militanları da yer alıyordu.”
 
Hurriyyet.org

Загрузка...
Загрузка...