​Kassirin səhvi pensiyaçını MİLYONÇU ETDİ

Baxış sayı: 
120
2  
0  

Kanadalı pensiyaçı Maykl Batt kassir qadının səhvi sayəsində milyonçu olub.
 
Publika.az xəbər verir ki, 82 yaşlı Kombermer sakini “Lotto 6/49” lotereya bileti almaq istəyib, lakin kassir səhvən ona “Lotto Max” bileti verib. Nəticədə pensiyaçı 1 milyon Kanada dolları həcmində uduşun sahibi olub. O, uduşu sənədləşdirərkən kassirə bəxşiş verdiyini deyib.
 
“Əgər kassir səhvə yol verməsəydi, milyonu qazana bilməyəcəkdim”, - deyə pensiyaçı etiraf edib.
 
Eyni zamanda, məlum olub ki, Maykl Battın qardaşı da 1980-ci illərin sonlarında lotereyada 3,5 milyon Kanada dolları udubmuş.

Загрузка...
Загрузка...