Kaşıkçının qətlində ittiham edilmişdi - TƏMİZƏ ÇIXARILDI

Baxış sayı: 
112
2  
0  

Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanının iqtidarı 2 oktyabr 2018-ci il tarixində jurnalist Camal Kaşıkçı cinayətini təşkil edən şəxs kimi tanınan, vəliəhd şahzadə Məhəmməd bin Salmanın sağ əli olmuş Səud Kahtanini təmizə çıxarmağa çalışır.
 
Baş prokurorun bəraət qərarını verməsindən sonra, ölkənin Əyləncə İdarəsi İdarə Heyətinin sədri və vəliəhd şahzadə Məhəmməd bin Salmana yaxın olan Turki Əl əş-Şeyx də Kahtaninin “bəraətini təbrik eləmək məqsədi ilə səsləndirilən bir videonu” rəsmi “Tvitter” hesabından “ən gözəl qəsidə” adı ilə paylaşıb.
 
Özünü təmizə çıxarmağa çalışan Kahtani tərəfindən yazıldığı güman edilən sözlərin səsləndirildiyi videoda Səudiyyə ədliyyəsi tərif edilir, Qətər isə müxtəlif mətbuat orqanları vasitəsi ilə Səudiyyə Ərəbistanına hücum eləməkdə ittiham edilir. Videoda türk tarixinə aid tənqidlər də səsləndirilir.
 
Beynəlxalq mətbuatda Kahtaninin bəraət qazanmasını təbrik edən videonun vəzifəli şəxslər tərəfindən paylaşılması onun yenidən vəzifə başına gətiriləcəyi kimi qiymətləndirilib.

Загрузка...
Загрузка...