Kasıblar geyinməsin deyə 116 milyon dollarlıq brend geyimlər yandırıldı.

Baxış sayı: 
140
0  
0  

Britaniyanın lüks brendi “Burberry” ötən il 36 milyon dollar məbləğində məhsullarını yandırıb.

Turaninfo.org xəbər verir ki, bu barədə “Times” qəzeti məlumat verib. Nəşrin məlumatına görə, geyim markasının demək olar ki, son beş il ərzində 118 milyon dollarlıq malları məhv edilib. Mənbələr bildiriblər ki, moda evi brend məhsulların endirimli satışından imtina edərək bahalı məhsulların ucuz insanlara satılmaması üçün onların yandırılmasına qərar verib.

“Burberry” isə inandırır ki, köhnə kolleksiyanın geyimləri xüsusi ekoloji zibil qurğularda təkrar emal edilir və bu prosesdə əldə olunan xammal istehsalda yenidən istifadə olunur. Bununla belə brendin bu addımı sosial şəbəkədə kəskin tənqid edilib.

Qeyd edək ki, “Burberry” geyim, aksessuarlar və parfümeriya istehsalı üzrə ixtisaslaşan qocaman Britaniya brendlərindən biridir. Şirkət 1856-ci ildə yaradılıb, onun baş qərargahı Londonda yerləşir.

Xatırladaq ki, “Burberry” kreativ dizayneri Kristofer Beyli bildirib ki, 2018 yaz-yay mövsümünün öz kolleksiyası ilə geylərin və digər seksual azlıqların hüquqlarını dəstəkləyir. Onun bu açıqlaması da mətbuatda birmənalı qarşılanmamışdı.

Загрузка...
Загрузка...