Kartofun qabıqlarını ƏSLA ATMAYIN! - Şəkər xəstəliyi, ürək infarktı... - FOTO

Baxış sayı: 
110
3  
0  

 
Karbohidrat baxımından zəngin olan kartofun insan sağlamlığına bir çox faydası var. Lakin ən yaxşı enerji qaynaqlarından biri olan kartofun qabıqlarını, adətən, istifadə etmirik.
 
Publika.az xəbər verir ki, mütəxəssislər kartofun içinin olduğu qədər qabıqlarının da faydalı olduğunu açıqlayıb.
 
Kartof qabıqlarının faydaları nələrdir?
 
 
 
Sarı, qırmızı və ağ olmaqla, üç çeşidi olan kartof nişasta baxımından da zəngindir. Bu çeşidlilik becərildiyi torpağa görə dəyişir. Ana vətəni Amerika olan bu bitki bədəndəki suyu balanslaşdırır, qaraciyərdəki şişkinliyi aradan qaldırır, bağırsaqların təmizlənməsinə yardımçı olur. A, C, K, B6 və E vitaminləri ilə zəngindir. Kartof qabıqları ilə bərabər istifadə olunduqda bir çox xəstəliyin sağalmasında əhəmiyyətli rol oynayır.
 
- Kartofun lif qaynağı içindən daha çox qabığındadır. Lif uzun müddət tox qalmağı təmin edir. Xolesterol səviyyəsini aşağı salır və ürək infarktı riskini azaldır. Eyni zamanda, pəhriz üçün uyğun bir qidadır. Lakin bu zaman miqdarına xüsusi diqqət etmək vacibdir.
 
- Ən güclü kalium qaynağı olan kartof qabığı ilə qaynadılıb istifadə olunduğunda bananın verdiyi kaliumun 3 qatını verir. Kalium qan təzyiqini aşağı salıb balansda saxlayır. Eyni zamanda, qandakı insulin səviyyəsini normallaşdırır. Buna görə də şəkər xəstələri rahatlıqla qabıqlı kartof yeyə bilər.
 
 
 
- Bədən gündəlik olaraq bəzi minerallara ehtiyac duyur. Səbəbi isə digər qida maddələrindən aldığı protein, karbonhidrat və xolesterol kimi maddələrin parçalanaraq bədənə doğru şəkildə yayılması məsələsidir. Manqan da bu minerallardan biridir. Kartof qabığı bu mineral baxımından olduqca zəngindir.
 
- B6 vitamin kompleksi bədənin vazkeçilməzləri arasında yer alır. B6 vitaminləri beyin hormonlarının sağlam işləməsi üçün vacibdir. Xüsusilə, böyük şəhərlərdə yaşayan insanların gün içində kəskin templi iş və sosial həyatı beyini və sinirləri tez yorur. Buna görə də B6-ya ehtiyac çox olur. Kartof B6 baxımından zəngin olduğu üçün stress, depressiya və yorğunluq kimi narahatlıqları aradan qaldırır.
 
- Kartofu qabıqları il birlikdə yaxşıca yuyub torpaqdan təmizləmək lazımdır. Daha sonra qaynadıb və ya sobada qızardıb istifadə edə bilərsiniz. Bu, insan bədəninin ehtiyacı olan C vitamininin 30%-ni qarşılayır. C vitamini güclü bir antioksidant olduğundan bədəndə yığılan zərərli maddələri xaric edir. Əzələ, sümüklərlə yanaşı, immun sisteminə də fayda verir.
 
Zümrüd

Загрузка...
Загрузка...