​Karateçimiz Avropa Oyunlarının qalibi oldu (YENİLƏNDİ)

Baxış sayı: 
82
2  
0  

 
Belarusun paytaxtı Minsk şəhərində II Avropa Oyunları davam edir.
 
Publika.az xəbər verir ki, finalda Azərbaycan karateçisi Asiman Qurbanlı rəqibi xorvatiyalı İvan Kvesiçi 1:0 hesabı ilə məğlub edərək II Avropa Oyunlarının qızıl medalına sahib çıxıb.
 
****
 
Azərbaycan karateçisi Asiman Qurbanlı "Minsk 2019" II Avropa Oyunlarında finala yüksəlib.
 
"Report" xəbər verir ki, 84 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Qurbanlı yarımfinalda Gürcüstan təmsilçisi Qoqita Arkaniyanı məğlubiyyətə uğradıb.
 
Finalda onun rəqibi xorvatiyalı Ancelo Kvesiç olacaq.
 
Qeyd edək ki, daha əvvəl İrina Zaretska (68 kq) da finala yüksəlib. Roman Hüseynov isə kata yarışında bürünc medal qazanıb.
 
Qol.az xəbər verir ki, bu gün karateçilər mübarizəyə qoşulub.
 
84 kq çəki dərəcəsindəki Asiman Qurbanlı əvvəlcə hollandiyalı Tirol Darnel Lardini məğlub edib - 2:0. Qurbanlı ikinci qarşılaşmasında Almaniya təmsilçisi Conatan Horne ilə heç-heçə (0:0) edib. O, üçüncü dueldə türkiyəli Alparslan Yamanoğlunu məğlub edərək (1:0) yarımfinala yüksəlib. Bu mərhələdə Qoqita Arkaniana (Gürcüstan) 8:0 hesabı ilə qalib gələn karateçimiz finala vəsiqə qazanıb.
 
Kata növündə Türkiyə, İtaliya və Andorra idmançısı ilə yarışda 24.63 xal toplayan Roman Heydərov 3-cü yeri tutaraq, növbəti mərhələyə adlayıb. Onun bu mərhələdəki xalı (25.40) finala vəsiqə üçün yetərli olmayıb. Heydərov bürünc medal uğrunda almaniyalı İlya Smorqunerlə yarışıb. 25.46 xal toplayan karateçimiz rəqibini üstələyərək, bürünc medala sahib çıxıb.

Загрузка...
Загрузка...