Karantin günlərində ön cəbhədə olan polislər - ictimai şəxslərdən dəyərləndirmə

Baxış sayı: 
91
3  
0  

 
Polisin nəzarəti olmasaydı, Azərbaycanda koronavirusa yoluxma sayı daha çox olardı...
Koronavirus pandemiyası dövründə Azərbaycanda ən çox əziyyət çəkən peşə sahibləri sırasında polislər və həkimlər ön sırada gəldilər. Ekspertlər, ictimai şəxslər bildirirlər ki, polislər infeksiyanın yayıldığı ilk günlərdən postlarda dayanıb insanların qoyulan qaydalara əməl etməsi, virusun kütləvi formada yayılmasının qarşısının alınması üçün özlərini təhlükəyə ataraq xidmət apardılar. Hətta say açıqlanmasa da xidmət zamanı polislərdən koronavirusa yoluxanların da olduğu bildirilir.
 
Sosial şəbəkələrdə də polisin fəaliyyəti yüksək qiymətləndirilir. Təkcə koronavirus pandemiyası ilə bağlı qaydalara deyil, eyni zamanda, ümumi asayişin qorunmasına nəzarətin də bu günlərdə kifayət qədər güclü olduğu bildirilir. Statistikalardan da görünür ki, ölkədə koronavirus pandemiyası ilə bağlı tətbiq edilən karantin günlərində cinayətlərdə artım müşahidə edilməyib. Eyni zamanda, karantin postlarında polislərin insanlarla rəftarı da pozitiv dəyərləndirilir.
 
Prezidentin bu addımını dəstəkləyirəm" - Novella Cəfəroğlu
 
 
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirdi ki, polisin fəaliyyətini yüksək qiymətləndirir: “Çünki camaat özbaşına karantin qaydalarına əməl etmir. Ancaq polisin gücü ilə karantin qaydalarına əməl edilib, yoluxmanın sayı kütləvi olmurdu. İlk günlərdə polisin nəzarəti güclü olduğu ərəfədə 20 nəfər yoluxurdu. İndi isə say 250-dən çoxdur. Biz görürdük ki, polislər küçədə, ictimai nəqliyyatda insanların maska taxmalarına necə nəzarət edirdilər. Polis olmayan yerdə camaat maska belə istifadə etmirdi. Hesab edirəm ki, indi də polislər ciddi şəkildə əhaliyə nəzarət etməlidir. Çünki əhali özü-özünü qorumaq fikrində deyil. Metroya girirsən, girişdə polisin yanından maska ilə keçənlər qatarlarda maskanı çıxarırlar. Deməli, nəzarət olmayan yerdə insanlar özlərini qorumaq istəmirlər. Polisin işi çox çətindir”.
 
Elman Nəsirov — Vikipediya
 
 
Deputat Elman Nəsirov bildirib ki, koronavirus pandemiyası dövründə dövlət üzərinə götürdüyü məsuliyyəti şərəflə yerinə yetirib: “Ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə çox mühüm addımlar atıldı. Birincisi, əhalinin sağlamlığının mühafizəsi, ikincisi əhalinin sosial müdafiəsinin təmini, üçüncüsü isə bu vəziyyətdə belə iqtisadi artımı qoruyub-saxlamaq əsas vəzifə kimi qəbul edilib. Bu vəzifələrin həyata keçirilməsində görülən işlərə baxdıqda, iki kateqoriyadan olan insanlar sözün həqiqi mənasında günümüzün qəhrəmanları kimi dəyərləndirilir. Bu da təsadüfü deyil. Onlar həkimlər və polislərdir. Sözün həqiqi mənasında onlar ən təhlükəli vəziyyətdə belə öz həyatlarını təhlükəyə atıb, bütün sutka ərzində insanların təhlükəsizliyini qorumaqla məşğul oldular. Doğrudan da onlar hər cür alqışa layiqdirlər. Təsadüfü deyil ki, ölkə prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyeva öz çıxışlarında dəfələrlə həm polislərin, həm də həkimlərin fəaliyyətini yüksək qiymətləndiriblər. Biz də yol hərəkəti iştirakçılarıyıq və onların fəaliyyətlərini görürük. Mən postlarda şahidi olmuşam ki, polislərimiz necə xidmət aparırlar. Onlar haqqında ancaq müsbət fikirlər söyləmək olar”.
 
Oxu.az - Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara ...
 
Qabil Hüseynli
 
Politoloq Qabil Hüseynli də karantin günlərində polisin fəaliyyətini müsbət dəyərləndirir: “Karantin günlərində polislər doğrudan da ciddi rejimdə çalışdılar. Ağırlığın bir hissəsi həkimlərin üzərinə düşdüsə, digər hissəsi də polislərin üzərində idi. Yəni karantin qaydalarına əməl edilməsi, sosial məsafəyə nəzarət və digər bu kimi məsələlərə polis lazımi qaydada nəzarət edirdi. Bunun nəticəsi idi ki, ilk günlərdə yoluxma sayında ciddi artım yox idi. Çünki polis əhalinin küçədə belə maskasız gəzməsinə imkan vermirdi. İnsanların bir qismi karantin qaydalarını düzgün başa düşmür, deyilənlərə əməl etmirlər.  Belə olan halda Azərbaycanda polis kifayət qədər səriştəli şəkildə fəaliyyət göstərdi”.
 
Politoloq daxili işlər naziri Vilayət Eyvazovun da fəaliyyətini yüksək qiymətləndirir: “Biz görürük ki, daxili işlər naziri Vilayət Eyvazov ciddi kadr siyasəti aparır. Polis orqanlarına səriştəli, vətənpərvər şəxslər cəlb edilir. Bunun özü bütövlükdə çox müsbət haldır. Azərbaycanda digər sahələrdə aparılan kadr islahatlarının, yeniliklərin daxili işlər orqanlarınında da həyata keçirildiyini görürük. Hər şey ideal olmasa da indiki şəraitdə hesab edirəm ki, daxili işlər nazirinin gördüyü işlərin nəticəsində çox şey dəyişəcək. Ulu öndər Heydər Əliyev deyirdi ki, polisin sahibkarlıq fəaliyyətinə qarışmaq ixtiyarı yoxdur. Lakin son zamanlar bəzi polislər bu qaydaları pozurdu. İnanıram ki, yeni nazir bu kimi məsələləri də yoluna qoyacaq”.
 
Əli RAİS,
“Yeni Müsavat”
 

Загрузка...
Загрузка...