Kanadada İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib - VİDEO, FOTOLAR

Baxış sayı: 
43
2  
0  

 
Kanadanın Toronto şəhərində Azərbaycan Qadınlar Birliyinin təşkilatçılığı ilə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş anım mərasimi keçirilib.
 
Musavat.com-a verilən məlumata görə, tədbir Toronto Universitetinin ən qədim binalarından birində baş tutub. Bir çox kanadalı professorun və həmyerlilərimizin iştirak etdiyi tədbirdə Nəsiminin əsərlərindən danışılıb, onun həyat və yaradıcılığından, ədəbiyyatımıza verdiyi tövhələrindən bəhs olunub.
 
Çıxışlarda Azərbaycan və Kanadanın fəlsəfi elmlər doktorları Nevin Reda, Laury Silvers və Elsəvər Məmmədov Nəsiminin əsərlərini təhlil edərək, onun şeirlərinin fəlsəfəsini iştirakçların diqqətinə çatdırıblar.
 
Həmçinin tədbirdə Azərbaycan mədəniyyətini əks etdirən xalq mahnılarımız və rəqslərimiz, suvenirlər, kitablar və eləcə də, milli kulinariyamıza aid olan şiriniyyatlar qonaqlara təqdim olunub.
 
Azərbaycanın dünyaya tanıdılması baxımından bu tədbirlərin böyük əhəmiyyətinin olduğunu vurğulayan, Azərbaycan-Türk Dünya Qadınları Cəmiyyətinin sədri Kəmalə Şiriyeva bu yöndə işlərin mütəmadi, silsilə şəkilində davam edəcəyini bildirib.
 
Elçin Əkbərov,
Ərhun Abbaslı,
Musavat.com

Загрузка...
Загрузка...