Kadir Doğuludan həyat yoldaşı barədə SƏMİMİ SÖZLƏR

Baxış sayı: 
140
3  
0  

Neslihan Atagüllə evli olan aktyor Kadir Doğulu həyat yoldaşı barədə səmimi etiraflar edib.
 
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kadir Doğulu Hakan Gencenin “Pazar” rubrikasının onlayn qonağı olub.
 
Müsahibəsində həyat yoldaşı ilə münasibətlərindən söz açan kino ulduzu gözlənilməz açıqlamalar verib.
 
“Eşq insanın sahib olacağı yeganə şeydir. Ev, maşın, mal-mülk və ya dostlar səninki kimi görünə bilər. Bəs bütün bunlar sən dünyadan köçüb getdikdən sonra kimin olur? Hesab edirəm ki, dünyadan köçəndə özünlə apara bildiyin yeganə şey sevgidir. Aşiq olanda bunu dərhal anlayırsan, gözlərini ondan çəkə bilmərsən, nə sağa, nə sola baxa bilirsən. Qarnında kəpənəklər uçmağa başlayır, donub qalırsan. Bax bu əsl eşqdir. Neslihanla ilk görüşdüyüm an çox güclü idi. Nə gözlədiyimi bilmirdim, amma arzumuz onun gözlərindən və ürəyimdən fışqırmışdı”,- Kadir Doğulu qeyd edib.

Загрузка...
Загрузка...