Jurnalistin sualı Trampı əsəbiləşdirdi. Zalı tərk elədi

Baxış sayı: 
103
1  
0  

 
 
 
Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp  dünən axşam keçirdiyi mətbuat konfransını əsəbiləşərək yarımçıq tərk edib. Prezidenti qəzəbləndirən CBS televiziyasının Ağ Ev müxbiri  Paula Ridin “Veteranların seçkisi” layihəsi ilə bağlı sualı olub. Jurnalist prezidentin bu layihəni öz administrasiyasının xidməti kimi qələmə verməsi yalanını ifşa eləməyə çalışıb.
 
Trampın “Veteranlarımız üçün iki böyük qanun imzadım” açıqlaması ilə əlaqədar Paula Rid mətbuat konfransında belə bir sual verib: “Niyə “Veteranlar seçkisi” qanununu məhz sizin qəbul elədiyinizi təkrarlayırsınız? O, 2014-cü ildə qəbul edilib.
 
Yanlış açıqlama verirsiniz, ser”. Jurnalist Trampın prezident postuna 2016-cı ildə gəldiyini də əlavə edib.  Prezident başqa jurnalistə söz verməyə çalışsa da, Rid onun sözünü kəsərək sualını təkrar edib.
 
Buna görə də, Tramp mətbuat konfransını yarımçıq qoyub, iştirakçılara diqqətinə görə təşəkkürünü bildirərək konfransı tərk edib.

Загрузка...
Загрузка...