​“İTV-nin etdiyi tərbiyəsizlikdir, tezliklə onların cavabı veriləcək” - QALMAQAL...

Baxış sayı: 
85
1  
1  

 
 
İctimai Televiziyada yayımlanan “3D” proqramında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF) İcraçı direktoru Vüqar Səfərli təsvir edilib və fotonun altında “Axtarılır” yazılıb.
 
Bildirilir ki, Dadaş Dadaşlinski KİVDF-nin icraçı direktorunu verilişə dəvət etsə də, o, müxtəlif bəhanələr gətirərək bundan imtina edib. Telefon zənglərinə cavab verməyən V.Səfərli haqqında Dadaşlinski özünəməxsus şəkildə axtarış elanı verib.
 
Məsələylə bağlı “Gununsesi”nə açıqlamasında Vüqar Səfərli deyib ki, İTV onu həmin verilişə cəmi bir dəfə dəvət edib:
 
“Mən də imtina etdim. Bildirdim ki, kukla ilə mənim üz-üzə əyləşmək fikrim yoxdur. Əgər İctimai Televiziya mənim şəklimi divara yapışdırıb, axtarışda olmağımla bağlı görüntülər yayımlayıbsa, bu, tərbiyəsizlikdir. Onların cavabı tezliklə veriləcək”.
 
KİVDF rəsmisi bildirib ki, əgər telekanal onun müsahibə verməsində maraqlıdırsa, o zaman canlı yayım təşkil etsinlər.
 
“Əgər onlar üçün mənim müsahibə verməyim maraqlıdırsa, o zaman canlı yayım təşkil etsinlər və canlı yayımda mən onların bütün suallarına cavab verməyə hazıram. Ancaq bu kukla ilə çəkilən verilişlərdə onlara sərf edən hissələr montaj edilir. Və efirə həmin hissələr verilir. Mən onlardan tələb edirəm, buna razıdırlarsa, məmnuniyyətlə onların efirinə çıxmağa hazıram. Ancaq onların bu etdiyi nə jurnalist etikasına, nə başqa bir dəyərlərə uyğundur. Axtarış barədə qərarı hüquq-mühafizə orqanları verəcək” deyə, Vüqar Səfərli qeyd edib. 

Загрузка...
Загрузка...