İtaliyanın idman naziri: “Ronaldu tibbi protokola əməl etməyib”

Baxış sayı: 
118
2  
0  

İtaliyanın idman naziri Vincenzo Spadafora rəsmi olaraq bəyan edib ki, “Yuventus”un hücumçusu Kriştiano Ronaldu tibbi protokolu pozub.

Bu barədə “Football Italia” məlumat yayıb.

“Ronaldu tibbi protokola əməl etməyib. İstintaq bunu sübut edib”, - deyə məlumatda bildirilib.

 

Xatırladaq ki, Ronaldunun 13 oktyabrda koronavirusa yoluxduğu məlum olub.

Ertəsi gün 35 yaşlı futbolçu Turinə qayıdaraq, karantini İtaliyada keçirmək qərarı verib.

Bunun səbəbi İtaliyada qaydaların Portuqaliyadan fərqli olması və özünütəcrid rejiminin 14 gün deyil, 10 gün davam etməsidir.

 
Загрузка...
Загрузка...