​“İstəmirdi ki, ona görə narahat olsunlar...” - İlhamın qardaşı Fərizənin anasının ölümündən danışdı...

Baxış sayı: 
57
2  
0  

 
 
 
Xəbər verdiyimiz kimi dünən 20 yanvar şəhidi Fərizənin (İlham və Fərizə) anası Bağda xanım dünyasını dəyişib. Bağda xanımın qəfil vəfat etməsi ictimaiyyəti də məyus edib.
 
Şəhid İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev Moderator.az-a açıqlamasında bildirib ki, Bağda xanım bir neçə xəstəlikdən əziyyət çəkirdi və ona görə də sonda dünyasını dəyişdi:
 
“Bağda xanım dünən dünyasını dəyişdi və Mehdiabaddakı qəbiristanlıqda dəfn etdik. Şəkər xəstəsi idi və bundan başqa bir neçə xəstəlikdən əziyyət çəkirdi. Həm də ki, yaşlı adam idi, ona görə də tab gətirə bilmədi. Ümumiyyətlə, İlham və Fərizənin şəhid olmasından sonra o, xəstəlik tapdı. Təxminən iyirmi gün öncə görmüşdüm və sonra da yatağa düşdü, amma istəmirdi ki, kimsə ona görə narahat olsun. Allahın yazısıdı, Allah bütün ölənlərimizə rəhmət eləsin”.
 
Qeyd edək ki, Bağda xanımın bu ilin yanvar ayında əməkdaşımızla müsahibəsi zamanı İlham və Fərizəylə bağlı bu arzusunun yerinə yetirilməsinin çox istədiyini deyib:
 
“Hər il 14 fevral keçiriləndə ürəyimə elə bil bıçaq saplanır. 30 iyun-Fərizənin toy gününü jurnalist Əvəz Zeynallı dedi ki, “Sevgililər Günü” kimi qeyd edəcəyik. Amma bu gün buna gənclərimizin arasında maraq yoxdur. Çox istəyərdim ki, bu tarix dövlət tərəfindən “Sevgililər Günü” kimi təsdiq edilsin. Biz hamımız ölüb gedəcəyik, heç olmaya qoy bu gün tarixdə yaşasın”.
 
Sanki Bağda xanım öləcəyini hiss edibmiş. Allah rəhmət eləsin!
 
Vasif Əlihüseyn

Загрузка...
Загрузка...