İstirahətə gedən 4 nəfərlik ailə ölü tapıldı

Baxış sayı: 
85
1  
0  

Rusiyanın Altay vilayətində, “Qlobus” istirahət düşərgəsində 4 nəfərin meyiti tapılıb.
 
Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidmətinin məlumatında bildirilib.
 
Belə ki, qonaqların uzun müddət kirayələdikləri nömrədən çıxmadığını və oradan kəskin qoxu gəldiyini müşahidə edən düşərgə sahibləri polisə müraciət edib.
 
Otağa daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları 4 meyit aşkar edib.
 
Onlar bir ailənin üzvləridir. Ölənlərin biri azyaşlıdır.
 
Hadisənin səbəbləri araşdırılır.

Загрузка...
Загрузка...