“İstehlakçıların bilik səviyyəsi ədədi, onları aldatmaq metodları isə həndəsi silsilə ilə artır”

Baxış sayı: 
58
1  
0  
Eyyub Hüseynov: “Bəzən mənə elə şikayətlər ünvananır ki, bu, mənim üçün də sürpriz olur”
 
İstehlakçı mədəniyyətinin yüksəldilməsi, onların bilik səviyyəsinin artırılması hər zaman üçün aktual olan məsələlərdən biridir.
 
Maraqlıdır, ötən illərlə müqayisədə ölkəmizdə isthlakçı mədəniyyəti yetərincə inkişaf edibmi? Bu istiqamətdə əhəmiyyətli irəliləyiş mövcuddurmu?
 
Moderator.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov ölkəmizdə bu yöndə mühüm addımların atıldığını vurğulamaqla yanaşı, bu məsələdə bütün dünya üçün xas olan problemli məqamlara da diqqət çəkdi:
 
“Öncə onu bilmək laızmdır ki, istehlakçı bütün dünyada biliksizdir. Çünki istehlakçıların biliksiz qalması üçün böyük miqdarda pullar xərclənir. Böyük qüvələr var ki, istehlakçını biliksiz saxlamaq istəyir. Ümumdünya Ticarət Təşkilatının bu məsələdə xüsusi rolu var. Istehlakçılar bizim kimi təşkilatlar vasitəsi ilə daim biliklərini artırır. Lakin bu biliyin səviyyəsi inkişaf etməkdə olan yen texnologiya və xidmətlərə çata bilmir. İstehlakçı bilikləri ədədi silsilə ilə artırsa, istehlakçıları aldatmaq “priyomları” həndəsə silsilə ilə artır. Yeni texnologiyalar meydana çıxdıqca, istehlakçıları aldatmaq üsulları da çoxalır. Ümumilikdə götürsək, Azərbaycanda istehlakçılaın bilik səviyyəsi 50% artıb. Iqtisadiyyat Nazirliyi də istehlakçıların biliklərinin artırılması istiqamətində çoxlu iş görüb. Lakin dediyim kimi, istehlakçıları aldatmaq üsulları da durmadan artır. 20 ildir ki, istehlakçı hüquqlarını qoruyuram, beynəlxalq təşkilatınüzvüyəm, lakin bəzən mənə elə şikayətlər gəlir ki, bunlar mənim özüm üçün də sürpriz olur”.
Загрузка...
Загрузка...