​İstanbulla bağlı ŞOK PROQNOZ: fəlakət ssenarisi getdikcə yaxınlaşır

Baxış sayı: 
50
2  
0  

Türkiyənin İstanbul şəhərində 7 və daha böuük maqnitudada zəlzələ baş verməsi ehtimalı 65%-ə çatıb.
 
Publika.az xəbər verir ki, bunu İstanbul Texniki Universiteti Geofizika Fakültəsinin müəllimi Haluk Eyidoğan açıqlayıb.
 
Türkiyə Mühəndis və Memarlıq Ofisləri Birliyinin İstanbul Zəlzələ Toplantısında danışan professor bildirib ki, proqnozlaşdırılan zəlzələ 30 il ərzində meydana gələcək.
 
“26 avqustda meydana gələn 5,8 bal gücündəki zəlzələ əsas Mərmərə Seysmik Xətti üzərində idi. Bu da onu göstərir ki, bəzi yerlərdə az, bəzilərində çox hərəkət etməsinə rəğmən, seysmik xətt növbəti illərdə İstanbul və bütün Mərmərə bölgəsini ciddi dərəcədə təsir göstərəcək təsirə malik zəlzələ əmələ gətirəcək. Buna ən qısa müddətdə hazırlaşmaq, təhlükəsiz yaşayış yerləri yaratmaq lazımdır”.
 
Mütəxəssis qeyd edib ki, əmələ gələn kiçik zəlzələlər böyük zəlzələlərin təsirini azaltmır.
 
Zümrüd

Загрузка...
Загрузка...