İstanbul boğazı yaxınlığında NÖVBƏTİ QƏZA - İki nəhəng gəmi toqquşdu

Baxış sayı: 
30
1  
0  

İstanbul yaxınlığındakı Çanaqqala boğazında 2 gəmi toqquşub.
 
Turaninfo.orgTürkiyə mediasına istinadən xəbər verir ki, ötən gecə Panama bayrağı altında üzə 191 metr uzunluqlu “Esl Dolphin” adlı gəmi ilə boğaza daxil olmağa çalışan və Səudiyyə Ərəbistanından Bolqarıstana gedən Marşall Adaları bayraqlı 189 metr uzunluqlu “Free Stage” gəmisi naməlum səbəbdən toqquşub.
 
Hadisə yerinə çoxsaylı xilasetmə qüvvələri cəlb edilib. Xoşbəxtlikdən hadisə nəticəsində insan itkisi olmayıb və dəniz çirklənməyib. Hər iki gəmiyə ciddi ziyan dəyib və onlar sahilə yan alıblar.
 
Hadisə ilə bağlı araşdırma aparılır.

Загрузка...
Загрузка...