İsraildə koronavirusdan ölənlərin sayı artdı

Baxış sayı: 
75
1  
0  

İsraildə COVID-19 virusuna yoluxanlar arasında ölənlərin sayı 15 nəfərə çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, cümə günündən etibarən 84 və 90 yaşlı iki qadın, həmçinin 92 yaşlı kişi koronavirusdan dünyasını dəyişib.

Hazırda koronavirusa yoluxan israillilərin sayı 3 865 nəfərdir, 65 nəfərin vəziyyəti ağırdır, sağalanlar isə 89 nəfər təşkil edir.

 
Загрузка...
Загрузка...