​İsrail və Türkiyə arasında diplomatik QALMAQAL

Baxış sayı: 
128

Türkiyənin Qüdsdəki baş konsulu Gürcan Türkoğlu İsrailin Xarici İşlər Nazirliyinə çağırılıb və məsləhətləşmələr üçün bir müddət Türkiyəyə dönməsi istənilib.
Publika.az xəbər verir ki, bu haqda İsrailin Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, bu gün İsrailin Ankaradakı səfiri Eiatan Neah Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Məlumata görə, israilli diplomata Qəzza-İsrail sərhədindəki hadisələr səbəbiylə etiraz edilib.
İsrail səfirinə Türkiyənin Təl-Əvivdəki səfirinin məsləhətləşmələr üçün Ankaraya çağırıldığı və onun da bir müddət sonra ölkəsinə dönməsinin uyğun olacağı bildirilib.
Xatırladaq ki, mayın 14-də İsraildə yeni Amerika səfirliyinin açılış mərasimi keçirilib. ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi ilə əlaqədar İsrail-Fələstin sərhədində vəziyyət gərginləşib.
 
Ömər Dağlı

Загрузка...
Загрузка...